fim.az

İlham Əliyevlə Türkmənistan Prezidenti arasında səmimi dialoq - Video

22-01-2021, 10:47

İlham Əliyevlə Türkmənistan Prezidenti arasında səmimi dialoq - Video


Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovu videokonfrans formatında qəbul edib.

"Qafqazinfo" xəbər verir ki, qəbulda dövlət başçılarının səmimi dialoqu diqqət çəkib.

Həm Prezident İlham Əliyev, həm də Qurbanqulu Berdiməhəmmədov bir-birinə "qardaş" deyə xitab ediblər.

Qeyd edək ki, ötən gün Azərbaycanla Türkmənistan arasında yüksək səviyyədə əldə olunmuş razılaşmaya əsasən Aşqabad şəhərində “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbhidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumu” imzalanıb.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 62}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 2323331