fim.az

Kərəm Həsənovun oğlu brend mağazada ələ salındı - VİDEO

22-01-2021, 12:57

Kərəm Həsənovun oğlu brend mağazada ələ salındı - VİDEO


Prezidentin köməkçisi − Prezident Administrasiyasının Dövlət nəzarəti məsələləri şöbəsinin müdiri Kərəm Həsənovun oğlu Ceyhun Həsənovun maraqlı videosu yayılıb.

Videogörüntüdə hansısa brend mağazadan özü üçün geyim alan Ceyhun Həsənov dostları tərəfindən təriflənir və gülüş hədəfinə çevirilir




Əlbəttə bu videonu sasəcə dost zarafatı kimi də qəbul etmək olar. Amma kadrlarda “prezidentin köməkçisi” ifadəsinin ironik səslənişi bu zarafatların digər məqamları haqda da ehtimal yaradır. Yəni Kərəm Həsənovun indiki postu bu qədərmi uca sayılır. Axı bu ölkədə ən yüksək vəzifə prezidentdir və ölkə ictimaiyyəti üçün prezidentin öz övladının örnəyi var. Gənc Heydər Əliyevin həm Azərbaycandakı təhsil, həm hərbi xidmət dövrü övladın xarakterinin onun atasının vəzifəsi ilə bağlı olmadığını təsdiqlədi. Yeri gəlmişkən, bu Həsənovlar ailəsində böyüyən uşaqlarla bağlı ilk qalmaqal deyil. Bununla bağlı cumhuriyyet.az xatırladır ki, bir neçə il öncə ölkə mətbuatı Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun qardaşı oğlu, Dövlət Miqrasiya Xidmətinin daxili nəzarət şöbəsinin rəisi Emin Həsənovun dəbdəbəli həyat tərzi keçirtməsi barədə yazılar və onunla bağlı fotolar dərc etmişdi. O zaman mediada yayılan məlumata görə, Emin Həsənov barədə yazılar və fotolar dərc olunandan sonra Kərəm Həsənov qardaşı oğluna görə MTN-nin bir qrup dəstəsi tərəfindən şantaj olunub. Sonradan isə həmin dəstə ilə Həsənovlar məcbur olub barışıblar ki, qardaşoğlu barədə mətbuata materiallar ötürülməsin. Bununla da yekunlaşmır. Prezident köməkçisi Kərəm Həsənovun Kamal Nurməmmədoğlu Həsənov adlı əmisioğlunun qoçuluğu haqda da mətbuatda kifayət qədər materilallar var. Bu məsələlərlə bağlı cumhuriyyet.az olaraq media üzərindən apardığımız araşdırmalar zamanı Kərəm Həsənovun İlqar Həsənov adlı digər əmisioğlu haqda “Cəlilabadda bir qızın evinə basqın edib. Məmurun qohumu evə zorla daxil olub ki, həmin qızdan xoşu gəlir, onun olmalıdır. Kənd camaatı haray-həşirə gəlib, qızı müdafiə ediblər. Amma K.Həsənovun əmisi oğlu İ.Həsənova bata bilməyiblər. Deyilənə görə, komitə sədrinin qohumu qızın yaşadığı ünvana polisləri cəlb edib. Ona görə də gərginlik yaşanıb. Polislərin və İ.Həsənovun fotosu da sosial şəbəkəyə yerləşdirilmişdi”. Yayılan iddialarla bağlı heç bir açıqlama verilməyib. Bu da istər-istəməz Kərəm Həsənovun adının ona aid olmayan hadisədə hallandırılmasıdır.

Yeri gəlmişkən məmur övladları və qohumları ilə bağlı Baş nazirin sabiq müavini Abid Şərifov bildirmişdi ki müxtəlif qalmaqalların, cinayət işlərinin iştirakçısı olan övladlar ailədə yaxşı tərbiyə almayıblar: “Bəzən misal çəkirlər ki, övladlarımızın tərbiyəsini zəmanə dəyişir və sairə. Bu boş söhbətdir. Necə olur ki, eyni zəmanədə yaşayan Əlinin balası ağıllı, qanacaqlı, mərifətli, Vəlinin balası isə narkoman olur? Həmin narkoman isə belində silah gəzdirərək, avtomobili saatda 200 km/saat sürətlə idarə edir? Əgər zəmanə edirsə, niyə biri yaxşı, biri pis olur? Deməli, hər şey ailədə verilən tərbiyədən, münasibətdən asılıdır. Tərbiyə də 5 dəqiqəliklə olmur. Gərək övladı anadan olan gündən böyüyənədək tərbiyə edəsən. Kimsə mənim övladımın, yaxın qohumlarımın haradasa tərbiyəsizlik, yekəbaşlıq etməsi ilə bağlı bir kəlimə eşidə bilər? Xeyr, bu qeyri-mümkündür. Heç kəs mənim övladımın xuliqanlıq etdiyini görə və ya deyə bilməz. Amma digərləri ilə bağlı o qədər var… Gərək övladını vaxtında düzgün tərbiyə edəsən. Övladı yaxşı tərbiyə etməkdən isə vacib nəsə ola bilməz. Kimin tərbiyəsi varsa, gec-tez onun çörəyi, imkanı olacaq. Bu mənim şəxsi fikirlərimdir”.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 337}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22