fim.az

Şər və Böhtan yazanlara tutarlı CAVAB! - Musa Şəkiliyev

26-01-2021, 15:47

Şər və Böhtan yazanlara tutarlı CAVAB! - Musa Şəkiliyev



İt hürər, karvan keçər - Fikir verməyin cənab başçı


Şər və Böhtan yazanlara tutarlı cavab - Qax rayon İcra Hakimiyyəti Başçısı cənab Musa Şəkiliyev haqqında jurnalistlərin ağlına nə gəldi onu da qələmi ələ alır

HƏQİQƏTƏ UYĞUN YAZILAR DƏRC EDİN. YOXSA ŞANTAJ XARAKTERLİ YAZILARDAN ƏL ÇƏKİN.......

Təəssüf ki, bəziləri, xüsusən də mətbuatda olanların bir qismi Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyevin uğurunu görmək istəmirlər. Xülyalarını həqiqət kimi qəbul etdirməyə çalışırlar. Mətbuatda gözdən salmaq üçün "Musa Şəkiliyevin qanunsuz əməlləri... - Uşaqların əyləncəsi üçün nəzərdə tutulmuş maneji ailəsi üçün biznesə çevirib", "Qax Musa Şəkiliyeva niyə əziz deyil?", "Musa Şəkiliyev Qaxlıların çörəyinə zəhər qatır-ŞOK, başlıqlı məqalələr yazırlar və ya obyekt, villa şəkillərini ictimailəşdirərək guya Musa Şəkiliyeva aiddir.. Amma bunlar əsassız məlumatlardır. Əslində Musa Şəkiliyev haqqında yazılanlara təəccüblənmirik. Çünki Musa müəllimin gördüyü uğurlu işləri qaralayanlar hələ çox olacaq.
Görməyə göz hamıda var. Yetər ki, yaxşını yaxşı görməyə istək olsun. Əyri prizmadan məqsədli fikirlər yazana da, yazdırana da, barəsində yazılana da ziyan gətirir.
Həmkarlarımıza demək istərdik ki, heç bir “etibarlı mənbə” Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyevi əvəz edə bilməz.

Yaxşıların yaxşı olduğunu deməklə kimin-kim olduğunu deyirik, yaxşılara yaxşı deməklə onları daha böyük işlər görməyə ruhlandırırıq. Digərlərini isə yaxşılardan nümunə götürməyə səsləyirik. “Xalqın ən böyük xidmətçisi mənəm. Məndən nümunə götürün” – deyən prezident İlham Əliyevdən kim nümunə götürdü?

Musa Şəkiliyev yüksək insanlığı ilə seçilən bir insan və icra başçısıdır!

Musa Şəkiliyev insanlara yaxşılıq etmək üçün dünyaya gəlib!

Musa Şəkiliyev böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!

Musa Şəkiliyev bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Qax Rayonu İcra Hakimiyyəti kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Musa Şəkiliyevin gərgin əməyi və zəhməti sayəsində Qax sürətlə inkişaf edir, abadlaşır və yenidən qurulur. Qax rayon İcra Hakimiyyəti Başçısı cənab Musa Şəkiliyevin bu rayona başçı təyin olunduğu vaxtdan bəri, Qaxın əksər sahələrində böyük canlanma, dinamik inkişaf müşahidə olunmaqdadır. Rayondan Fim.az-ın elektron poçtuna ünvanlanan məktublarda Qax RİH-nin başçısı Musa Şəkiliyevin fəaliyyətinə dair razılıq hisslərinin ifadə olunması ilə yanaşı, rayonda gedən proseslərin saytımızda işıqlandırılması xahişlərinə də tez-tez rast gəlinir.

Deyəsən, bəzi media orqanları Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev haqqında böhtan yazmağı özləri üçün pis bir vərdişə çeviriblər. Görünür, kimlərsə, icra başçısı təyin olunandan bəri rayonda sıra uğurlu layihələrə imza atan Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev barədə ağlına və ağzına gələni yazmağı “peşə borcu” sayırlar.

Odur ki, belə əsassız məlumatlar yayanlar söz azadlığını yalan və böhtan azadlığı kimi başa düşməkdən əl çəkməlidirlər. Unutmamalıdırlar ki, belə cılız qarayaxmalar bütövlükdə KİV-ə inamı azaldır, mətbuatın ümumi nüfuzuna xələl gətirir.

Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyevin bizim müdafiəmizə ehtiyacı yoxdur.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 191}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 2323331