fim.az

Kəmaləddin Heydərovun qardaşının maşın kolleksiyası - Foto

15-02-2021, 22:20

Kəmaləddin Heydərovun qardaşının maşın kolleksiyası - Foto


Bu gördüyünüz avtomobil kolleksiyası Heydərov Səməd Fəttah oğlu adlı şəxsə məxsusdur”.

Mubahise.az xəbər verir ki, bunu xaricdə yaşayan aktivist Həbib Müntəzir yazıb.

O bildirib ki, Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun qardaşı Səməd Heydərov, 15 il, deputat olmuş Fəttah Heydərovun oğludur. Rəsmi olaraq onun adına olan dövlət nömrə nişanları bunlardır: 99FS777, 99FK777, 99DK777, 10KJ777, 90CL777, 90TH777. Bu da nömrələrə məxsus olan avtomobil markalarıdır:

Mazda 6 Red

Toyota Tundra Black

BMW 760li

Lincoln MKZ

Mercedes S500 Brabus

Mercedes E 63 AMG

Cadillac Escalade

Lexsus 570

Hyundai Genesis

Mercedes-Benz G 55 AMG

Porsche Panamera

Bentley Continental GT

Porsche Cayenne Turbo

Toyota Hilux 2013 Tuining

Yadınızdadırsa zamanında baş nazirin müavini, "Qaçqınkom" sədri Əli Həsənovun nəvəsi Nail Allahverdiyev avtoşluq edərək qəza törətmişdi. Həmin qəzada avtoşluq etdiyi şəxs 99FS777 dövlət nömrə nişanlı “Mazda” avtomobilinin sürücüsü Mirməhəmməd İsmayılov idi. Nömrə Səmədin adına olduğu üçün mətbuat o zaman səhv salmışdı. Maqa ləqəbli avtoş Mirməhəmməd Nəsimi rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin sabiq rəis müavini, polis mayoru Əlövsət İsmayılovun oğludur. Sən demə Əlövsət Səmədin bacanağı imiş. Ona görə oğluna kolleksiyasından istifadə etməyə icazə verib, o da adam vururmuş bununla. 30 sutka yatıb çıxmışdı. Kolleksiya o qədər böyük, maşın o qədər boldur ki, bacanaqoğlu istədiyi zaman istədiyini götürüb rahatlıqla avtoxuliqanlıq edir”.

Kəmaləddin Heydərovun qardaşının maşın kolleksiyası - Foto


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 361}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22