fim.az

Heydərovlar ailəsinə bağlı olan şirkətlərin vergi borcları - Siyahı

18-02-2021, 00:14

Heydərovlar ailəsinə bağlı olan şirkətlərin vergi borcları - Siyahı


Vaxtilə Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərovun ailə üzvlərinin rəhbərlik etdiyi və əsasən “Gilan” adı ilə fəaliyyət göstərən şirkətlərin dövlət büdcəsinə böyük həcmdə vergi borcları var.

Yeniavaz.com-un apardığı araşdırmaya görə, Kəmaləddin Heydərovun ailə üzvlərinə məxsus olan bu şirkətlərin arasında ən böyük borc “Gilan Holding” MMC-yə məxsusdur. Bu şirkətin vergi borcu 607 min 944 manat 16 qəpik təşkil edir.

Qeyd edək ki, adları qeyd olunan şirkətlərin hüquqi ünvanları və qanuni təmsilçilərinə (director) nəzər salındığı zaman açıq şəkildə görünür bu şirkətlər arasında hansısa əlaqələr var. Kəmaləddin Heydərovun övladları Tale və Nicat Heydərovlar da vaxtı ilə ölkənin ən böyük holdinqlərindən birinin - "Gilan Holding"in rəhbərliyində təmsil olunub. Tale Heydərov eyni zamanda "Gilan Holding"in tərkibində yer alan "Qəbələ" Futbol Klubunun prezidenti, həmçinin İngiltərədə qeydiyyatdan keçən "United Enterprises International" şirkətinin rəhbəri olub. Tale Heydərova məxsus "taleheydarov.com" saytında qeyd olunur ki, onun biznesinə hazırda "TEAS Nəşriyyat evi", "Libraff" kitab mağazaları şəbəkəsi və illik təhsil haqqının 12-15,5 min manat olduğu "Avropa Azərbaycan Məktəbi" daxildir. Kəmaləddin Heydərovun digər oğlu Nicat Heydarov "linkedin" sosial şəbəkəsindəki hesabında özünü hələ də "Gilan Holdinq"in rəhbəri (CEO) kimi təqdim edir. Nicatın adına İngiltərədə qeyydiyyatda olan "United Enterprises International" şirkətinin rəhbərləri arasında rast gəlmək olar.

Fotolar

Heydərovlar ailəsinə bağlı olan şirkətlərin vergi borcları - Siyahı


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 294}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22