Nizami Rayonunda Tariyel Adlı Korrupsiya Monstrı – Arif Qasımovun Adamları Dövlətə Qarşı Sabotajla Məşğuldurlar-Araşdırma
XəbərAl.az xəbər verir ki, “Nizami rayonunda məmur özbaşınalığı baş alıb gedir. Arif Qasımovdan sonra Nizami rayonunda sahibkarların, iş adamlarının, tikinti şirkətlərinin incidilməsi kimi hallara son qoyulacağını düşünsək də, təəssüf ki, bu gün rayonda baş verənlər qanunsuzluq elementlərinin əksinə olaraq artdığını deməyə əsas verir.
XəbərAl.az-ın məlumatına görə, Arif Qasımovun dəstəsinə daxil olan şəxslər dünənkindən daha artıq tamahla iş adamlarılna təzyiqlər edir, müxtəlif vasitələrdən istifadə edərək pul toplamağa çalışırlar. Bu adamlar sanki dövlətimizə qənim kəsiliblər. İnsanları hökumətdən narazı salmaq üçün hər yola əl atırlar”.
XəbərAl.az-a Bunu Nizami rayonunda fəaliyyət göstərən tikinti şirkətlərindən birinin nümayəndəsi redaksiyamıza ünvanladığı şikayət mətnində qeyd edib. Onun sözlərinə görə, bu gün Nizami rayonunda əməlli başlı dərəbəylik hökm sürür, rayon İcra Hakimiyyətinin məsul şəxsləri dövlətin müəyyən etdiyi vəzifələrin icrası ilə deyil, ancaq ciblərini doldurmaqla məşğuldurlar: “Arif Qasımovun zamanında onun bütün qeyri-qanuni tələbələri üzrə sahibkarlara, tikinti şirkətlərinə qan udduran İcra Hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri Tariyel Tahirov bu gün də öz ampluasındadır. Hamı bilir ki, o bu gün də Arif Qasımovun göstərişlərini yerinə yetirir. Nə dövlətdən qorxur, nə də dövlətin qanunlarından. Belə görünür ki, Tariyel Tahirov Dövlət Təhlükəsizlik Xidmətinin şəhər və rayon icra hakimiyyəti qurumlarında keçirdiyi əməliyyatlardan dərs alımayıb, rüşvət və korrupsiya əməllərinə qurşanmış məmurların bağışlanmadığını, vətəndaşlara, xüsusən biznes sektorunun təmsilçilərinə süni əngəllər yaradan, onlardan qanunsuz yollarla pul toplayan vəzifəli şəxslərin hansı aqibətlə üzləşdiyini unudub. Belə olmasaydı, sahibkarların boğazına manyakcasına çökməz, insanları hökumətdən narazı salacaq davranışlara yol verməzdi”.
Şikayətçi qeyd edib ki, Tariyel Tahirov Nizami rayonunda qanunsuz torpaq satışı əməliyyatlarının da əsas iştirakçısıdır: “Arif Qasımovun dövründə Nizami rayonunda nə qədər qanunsuz torpaq satılıbsa, hamısında Tariyel Tahirovun əli var. Bu adamın fəaliyyəti araşdırılarsa, ortaya kifayət qədər ciddi korrupsiya və rüşvət halları çıxacaq. Bu adamlar həm də dövlət vəsaitlərini talayıblar. Mafiya kimi fəaliyyət göstərirlər. Hər yerdə adamları var. Hansısa tikinti şirkətrni hədəfə alırlarsa, həmin şirkətin sahiblərini əməlli-başlı “razborkalara” çəkirlər. Bu yolla rayon ərazisində inşa edilmiş binalarda çox sayda mənzillər əldə ediblər. Cinayətkar dəstəsinin üzvləri hətta dövlət idarəçiliyində aparılan islahatları, gənc kadrları lağa qoyur, köhnə qaydalarla işləmək, qanunsuz tələblərə tabe olmaq istəməyən iş adamarına, “biz heç kəsdən qorxmuruq, gedin hara və kimə istəyirsiz şikayət edin” deyirlər. Beləcə bizə gün verib işıq vermirlər. Gözləri doymur, Nizami rayonu ilə dədə-baba mülkü kimi davranırlar. Ümid edirik ki, əlaqədar qurumlar Tariyel Tahirovun və onun rəhbərlik etditi təsərrüfat şöbəsinin fəaliyyətini araşdıracaqlar. Dövlət Təhükəsizlik Xidmətinin əməkdaşlarının Nizami rayonu İcra Hakimiyyətinə təşrif buyuracaqları günü səbirsizliklə gözləyirik. Tariyel Tahiorvun əməlləri faktiki olaraq dövlətə qarşı sabotajdır”.
Şikayət məktubunda Tariyel Tahiorvun qanunazidd fəaliyyətində hüquq-mühafizə orqanlarında çalışan oğlundan da istifadə etdiyinə dair məqamlar var. Eyni zamanda, bizə Tariyel Tahirovun da iştirakı ilə həyata keçirilmiş qanunsuz torpaq satışı əməliyyatları barədə detallı məlumatlar təqdim olunub. Bütün bunlar və Nizami rayonunda həyata keçirilmiş digər korrupsiya və rüşvət əməlləri barədə ilginc faktları növbəti yazımızda təqdim edəcəyik. Çalışacağıq ki, təzyiqlərə üzləşərək çox sayda mənzildən məhrum olunmuş tikinti şirkətləri və onların sahibləri ilə də sizi tanış edək. Növbəti yazımızda Tariyel Tahirovun – Nizami rayonundakı korrupsiya monstrının ütün məziyyətləri barədə daha geniş şəkildə bəhs edəcəyik. Hər halda, şikayətlərdən belə anlaşılır ki, bu adam konkret olaraq dövlətə xəyanət yolunu tutub. Bəli Cənab Prezidentin göstərdiyi doğru yolla addımlamaq istəməyən, vətəndaşlara süni problemlər yaradan, dövlətin vəsaitlərini mənimsəyən, özəl sektor nümayəndələrini talayan, faktiki olaraq soyğunçuluqla məşğul olan, yeni iş yerləri yaratmaq istəyənlərin qarşısında ağlasığmaz tələblər qoyan məmur xain deyilsə, bəs nədir? Bu adamlar dövlətin də dövlətimizin başçısının da bir nömrəli düşmənidir.
Araşdırmamız davam edir…
Bizi izləyin!
Qarşı tərəfi dinləyib mövqeylərin dərc etməyə hazırıq.
Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Sizin reklam burada
Sizin reklam burada
Xəbər lenti