fim.az

Dövlət başçısı: “Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır”

20-05-2021, 23:33

Dövlət başçısı: “Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır”


“Əminəm ki, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi mümkündür, lakin bunun üçün Ermənistan tərəfindən siyasi iradə çatmır”.
"Bunu Azərbaycan Prezidenti İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin videoformatda keçirdiyi “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı müzakirələrdə deyib.

“Ancaq başa düşürəm ki, bu gün Ermənistanda kimsə Azərbaycanla sülh müqaviləsindən danışmağa başlayırsa, bu, onun populyarlığını artırmayacaq. Ancaq ölkə rəhbərləri siyasi karyeralarını deyil, dövləti düşünməlidirlər”, - dövlət başçısı bildirib.

İlham Əliyev sülh müqaviləsinin ölkələrin ərazi bütövlüyünün qarşılıqlı tanınmasını nəzərdə tutduğunu vurğulayıb.

Prezident qeyd edib ki, Azərbaycan Ermənistanın ərazi bütövlüyünü tanımağa hazırdır və təbii ki, öz növbəsində, Ermənistan da Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünü tanımalıdır: “Qarabağ Azərbaycanın ərazisidir. Buna heç bir şübhə yoxdur. Belə olub və olacaq da. Onlar Dağlıq Qarabağın statusu barədə danışmaq cəhdlərindən əl çəkməlidirlər. Bu, müzakirə mövzusu deyil”.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 307}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22