fim.az

Şamaxıda Silahlı Qüvvələr Gününə həsr olunmuş tədbir keçirilib - Fotolar

27-06-2021, 12:12

Şamaxıda Silahlı Qüvvələr Gününə həsr olunmuş tədbir keçirilib - Fotolar


Dünən Şamaxı rayonunda Silahlı Qüvvələrinin yaradılmasının 103-cü ildönümü ilə əlaqədar Heydər Əliyev parkında açıq havada xüsusi karantin qaydalarına riayət olunmaqla Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə tədbir keçirilib.

Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, Millət vəkili Tamam xanım Cəfərova, Hüquq mühafizə orqanlarının rəhbərləri , RİH-nin məsul əməkdaşları, şəhid ailələri, qazilər, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri iştirak edib.

Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Daha sonra Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov tədbirdə çıxış edərək, ulu öndər Heydər Əliyevin əsasını qoyduğu dövlətçilik konsepsiyasını və ordu quruculuğunu bu gün qələbə ilə reallaşdıran Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi hərtərəfli düşünülmüş müdrik dövlət siyasəti nəticəsində, zabitlərimizin və əsgərlərimizin qəhrəmanlığı sayəsində əzəli torpaqlarımızın işğaldan azad edilərək, Silahlı Qüvvələrimizin 103-cü ildönümünün ölkəmizin hər yerində böyük çoşqu ilə bir qeyd edildiyini bildirib.

Natiq qeyd edib ki, Azərbaycan ordusu döyüş meydanında tarixi ədaləti bərpa edib. Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin ailə üzvlərinin və qazilərimizin hər zaman dövlətimizin diqqəti və qayğısı əhatələnəcəyini bildirib.

Millət vəkili Tamam Cəfərova 44 günlük Vətən müharibəsində Rəşadətli Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında göstərdiyi qəhramanlıqdan söhbət açıb.

Qələbənin əldə olunmasında, yaşanılan bu sevincli günlərə görə şəhidlərimizə borclu olmağımızı bildirən Tamam xanım Cəfərova vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş igid övladlarımızın ruhu qarşısında baş əydiyini bildirib.

Tədbirdə digər çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin Şirvan bölgəsi üzrə qazisi Hacı Mərəhməd Mustafayev və rayon ağsaqqallar şurasının sədri Mayıl Alcanov əldə olunan qələbədə Ali Baş Komandanın və Ordunun göstərdiyi xidmətlərdən geniş söhbət açaraq vətənimizin ərazi bütövlüyü uğrunda 2-ci Qarabağ müharibəsində Şamaxı rayonundan igidlik göstərərək şəhidlik zirvəsinə ucalmış 43 nəfər rayon sakinimizin xatirəsinin daima uca tutulacağının və gələcək nəsillərə örnək olacağını bildiriblər.

Mərasimdə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə təltif edilmiş Vətən müharibəsində qəhrəmanlıqla döyüşmüş hərbi qulluqçulara, qazilərə, şəhid ailələrinin üzvlərinə müxtəlif orden və medallar təqdim edilib.

Tədbir məktəblilərin hazırladığı ədəbi kompazisiya ilə yekunlaşıb.

Şamaxıda Silahlı Qüvvələr Gününə həsr olunmuş tədbir keçirilib - FotolarŞamaxıda Silahlı Qüvvələr Gününə həsr olunmuş tədbir keçirilib - FotolarŞamaxıda Silahlı Qüvvələr Gününə həsr olunmuş tədbir keçirilib - FotolarŞamaxıda Silahlı Qüvvələr Gününə həsr olunmuş tədbir keçirilib - FotolarŞamaxıda Silahlı Qüvvələr Gününə həsr olunmuş tədbir keçirilib - FotolarŞamaxıda Silahlı Qüvvələr Gününə həsr olunmuş tədbir keçirilib - FotolarŞamaxıda Silahlı Qüvvələr Gününə həsr olunmuş tədbir keçirilib - Fotolar


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 368}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22