fim.az

Nəsib Məmmədov tutduğu vəzifədən asılı olmayaraq, prezident İlham Əliyevə, cənab Vilayət Eyvazova, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır

16-07-2021, 10:43

Nəsib Məmmədov tutduğu vəzifədən asılı olmayaraq, prezident İlham Əliyevə, cənab Vilayət Eyvazova, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır


Biləsuvarda qadın narkotacir saxlanıldı: Heroin, “patı”, tiryək…

Nəsib Məmmədov tutduğu vəzifədən asılı olmayaraq, prezident İlham Əliyevə, cənab Vilayət Eyvazova, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır


Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumilikdə 11 kiloqramdan artıq çəkidə müxtəlif növ narkotik vasitə və “patı”, “şüşə” kimi tanınan psixotrop maddə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan verilən məlumat görə, Biləsuvar RPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakinləri Fatimə Babayeva, Nicat Tağıyev və Alim Mirzəyev sonuncunun idarə etdiyi VAZ-2106 markalı avtomobillə Biləsuvar rayonu ərazisində saxlanılıblar.

Keçirilən baxış zamanı F.Babayevanın əlində olan idman çantasının içərisində ayrı-ayrı plastik qablarda səkkiz kiloqramdan artıq heroin, 2 kiloqram 70 qram tiryək, 1 kiloqram 100 qram “patı”, “şüşə” kimi tanınan psixotrop maddə metamfetamin, 270 qram qurudulmuş marixuana, bir ədəd bıçağa bənzər kəsilici alət aşkarlanaraq götürülüb.

Araşdırma zamanı məlum olub ki, həmin şəxslər narkotik vasitəni sosial şəbəkə vasitəsilə xarici ölkələrdən birinin vətəndaşı vasitəsilə əldə edib və Bakı şəhərinə aparmaqla orada satışını və ayrı-ayrı şəxslərə çatdırılmasını təşkil etməli idilər.

Faktla bağlı zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Nəsib Məmmədov tutduğu vəzifədən asılı olmayaraq, prezident İlham Əliyevə, cənab Vilayət Eyvazova, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır


Azərbaycanda hər bir polis əməkdaşı mədəniyyəti, nəzakətli davranışı ilə fərqlənməli, vətəndaşlarımızın güvənc yeri olmalı, hər zaman xidməti borca və anda sadiq qalmalı, öz üzərində işləməli, təcrübəli həmkarlarından öyrənməli, nəzəri biliklərini, peşəkarlığını durmadan artırmalıdır. Bununla yanaşı, cəsur, mübariz, qətiyyətli, prinsipial, savadlı, təşəbbüskar, insanlarla ünsiyyət qurmağı bacaran dövlət qulluqçusu kimi formalaşmalıdır”.

Respublikada ictimai asayişin qorunması, qanunların icrasındakı pozuntulara yol verilməməsi, vətəndaşların hüquq və azadlıqlarının təminatına nail olunması ölkəmizin uğurudur.

Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Biləsuvar rayon Polis Şöbəsinin rəisi Nəsib Məmmədovdur.



Biləsuvar rayon Polis Şöbəsinin rəisi peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır, Şərəfli vəzifəyə yiyələnərək bu işin müqəddəsliyini qoruyub saxlayır və kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.

O, Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Biləsuvar rayon Polis Şöbəsinin rəisi kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Ona etibar edilən bütün işlərdə özünü doğruldub. Bizdə hörmətli Nəsib Məmmədovu dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 130}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:0705114400