fim.az

İcra başçısının açılışına gəldiyi park gülüşə səbəb oldu – Foto

16-08-2021, 13:09

İcra başçısının açılışına gəldiyi park gülüşə səbəb oldu – Foto


Mingəçevir şəhərində aparılan abadlıq işləri barədə icra hakimiyyətinin saytında gedən xəbər sosial şəbəkələrdə birmənalı qarşılanmayıb.

Qlobal.az xəbər verir ki, şəhərin Ələş – Nərimanov və Puşkin – Nərimanov küçələrində tikilən söhbətgah standartlara uyğun deyil.

Bundan əlavə abadlıq aparıldığı deyilən ərazilərdə yaşıllığın olmaması da diqqətçəkən məqamlardandır.

Qeyd edək ki, Mingəçevir şəhər icra hakimiyyətinin başçısı İlham İsmayılov avqust ayının 11-də əraziyə gələrək ərazidə görülən abadlıq işlərinin təntənəli açılışını edib.


İcra başçısının açılışına gəldiyi park gülüşə səbəb oldu – Foto


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 307}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22