fim.az

Vilayət Eyvazovdan sərəncama götürülən rəisin yerinə TƏYİNAT

1-09-2021, 11:19

Vilayət Eyvazovdan sərəncama götürülən rəisin yerinə TƏYİNAT


Daxili işlər orqanlarında kadr dəyişikliyi olub.

Oxu.az” xəbər verir ki, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz Rayon Polis İdarəsinin ərazi üzrə Polis Bölməsinin baş əməliyyat müvəkkili, polis kapitanı Musayev Rəşad Eldar oğlu tutduğu vəzifədən azad edilib.

Nazirin digər əmri ilə R.Musayev Gəncə şəhər Baş Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin rəisi təyin edilib.

Qeyd edək ki bir müddət əvvəl həmin bölmənin rəisi, polis mayoru Rəşad Abdullayev vəzifəsindən azad edilərək sərəncama götürülüb.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 249}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22