fim.az

DEPUTAT ÜLVİ QULİYEVİN ŞİRKƏTİ ÖLKƏ QANUNLARIN SAYMIR ?- DAHA BİR DEPUTAT MANDATI ALINARAQ HƏBS OLUNA BİLƏR…

11-09-2021, 09:00

DEPUTAT ÜLVİ QULİYEVİN ŞİRKƏTİ ÖLKƏ QANUNLARIN SAYMIR ?- DAHA BİR DEPUTAT MANDATI ALINARAQ HƏBS OLUNA BİLƏR…


Sinəsində deputat nişanı gəzdirən Ülvi Quliyev niyə özü qəbul etdiyi ölkə qanunlarını ayaqlar altına atır ?

Səbailin icra başçısı deputatın qarşısında acizdir

Şəhərsalma və Arxitektura Komitəsi deputatdan qorxur ?


Deputat Ülvi Quliyevin “Dönüş-1” tikinti şirkəti ilə bağlı şikayətlər bitib-tükənmək bilmir.
Tikmək, qurub-yaratmaq savab işdir. Amma Ülvi müəllimin qurmağı nəinki inşaat-tikinti normalarına, heç insanlığa sığan məsələ deyil.
Məlumat üçün qeyd edək ki, “Dönüş-1” tikinti şirkəti rəsmi olaraq Ülvi Quliyevin yaxın qohumu Quliyev İlkin Bəxtiyar oğlunun adınadır. Amma atalar demişkən, adı sənin, dadı mənim.
Bu gün deputat-oliqarxların çoxu şirkətlərini, mülklərini yaxın qohumlarının adına sənədləşdirir. Ancaq Azərbaycan balaca məmləkətdir, kimin əli kimin cibindən çıxır, hamı yaxşı bilir.
Nə isə, kimin adına olur-olsun, əsas odur ki, insanların haqqına girməyəsən.
Ancaq cənab deputat nəinki insanların haqqına girir, hətta vətəndaşların qanuni evlərini başına uçurdur.
Bəli, cənab deputat bir neçə ildir ki, Səbail rayonu, Bayıl qəsəbəsi, Qurban Abbasov küçəsi, ev 42, mənzil 19 və 16-da yaşayan sakinlərin ömrünü tikir, daha doğrusu, sökür.
Məlumdur ki, son oniliiklərdə Bakıda vətəndaşlara məxsus evləri alıb yerində çoxmərtəbəli binalar qondarmaq “bum” halını alıb.
Yəni biznesmen rentabelli-gəlirli əraziyə müştəri gözü ilə baxaraq, həmin ərazidəki sakinləri razı salmaq yolu ilə köçürdür və yerində bina tikərək satır və milyonlar qazanır. Olsun. Amma…
Amması odur ki, ev sahiblərinə real bazar qiymətində pul vəsaiti verilməlidir ki, o binəva da özünə və ailəsinə mənzil ala bilsin.
Ancaq Ülvi Quliyev kimi biznesmenlər hədə-qorxu, məhkəmə, yaxud bezdirmək yolu ilə sakinləri öz qanuni evlərindən köçürürlər. Əgər “nə şiş yansın, nə kabab” qaydası ilə hərəkət etsələr heç bir narazılıq olmaz. Əlbəttə, biznesmen qazanmaq məqsədilə bu binaları tikir. Amma qazanmaq üçün kimlərinsə evlərini başına uçurmaq olmaz.
Amma, Ülvi Quliyev və tikintiyə nəzarət edən oğlu Orxan Quluzadə “Burada bizik, Bağdadda kor xəlifə” prinsipindən məsələyə yanaşırlar.
Bəli, Ülvi Quliyev həmin ərazidə yaşayan bəzi sakinləri artıqlaması ilə razı salıb. Məsələn PA-da işləyən Ramiz Muxtarovun haqqını artıqlaması ilə ödəyib. Çünli kişi PA-da işləyir. Ancaq söhbət imkansız, sahibsiz adamlara gələndə Ülvi Quliyev təzyiq metodunu işə salır, hətta vətəndaşlara hədə-qorxu gəlir. Bəli, etiraz edən sakinlərin üzərinə Rüstəm Rüstəmovu ( Kinq Boks federasiyasında çalışır ) göndərir.
Yəni ən çirkin yollarla insanları öz isti evlərindən didərgin salmaq istəyir.
Bəli, sakinlər deyir ki, neçə ildir yaşadığımız ərazini Ülvi Quliyev az qala Suriyanın xarabalıqlarına döndərib. Ərazidə nə qədər səs-küy, ağır texnika olar.
Tikinti ərazisinə xeyli müddət deputatın oğlu və şəriki Orxan Quluzadə nəzarət edib. Sakinlərin narazılığından sonra sanki Orxan Qulizadə qeybə çəkilib.
Məlumat üçün onu da qeyd edək ki, Uni klinikasının direktoru Əli Həsənov ( ona doktor Əli deyirlər ), hətta deputat Adil Əliyev də Ülvi və Orxan Quluzadə ilə, yəni “Dönüş-1” MMC ilə şərikdir.
Bütün bunlar azmış kimi şirkətin rəsmi sənədlərində tikilən binalar 12 mərtəbə göstərilsə də, cənab deputat 1 mərtəbəni də özü əlavə edib, 13 mərtəbəli bina tikir. Hazırda başqa bir binanın da təməli qoyulub.
Sinəsində deputat nişanı gəzdirən Ülvi Quliyev niyə özü qəbul etdiyi ölkə qanunlarını ayaqlar altına atır ?
Axı, bu qanunların qəbul olunmasına siz səs vermisiniz, cənab Ülvi Quliyev.
Bina sənəddə 12, reallıqda necə 13 mərtəbə ola bilər ?
Deməli, siz öz deputat səlahiyyətlərinizdən istifadə edərək Dövlət Şəhərsalma və Arxitektura Komitəsini də vecinizə almırsınız.
Cənab deputat, siz icra hakimiyyətini, icra başçısını da görməzlikdən gəlirsiniz.
Şikayətçilərin bildirdiyinə görə, Ülvi Quliyevin “tikinti poliqonu”na nəzarət edən Seymur ( Arxitektura komitəsindən ) tikinti təhlükəsizlik qaydalarını kobud şəkildə pozur.
Sonra Tikintiyə Nəzarət Agentliyi də dəfələrlə əraziyə baxış keçirsə də kobud qanun pozuntularının qarşısını almaqda acizdir.
Səbailin icra başçısı Vüqar Zeynalov isə vətəndaşları müdafiə etmək gücündə, iqtidarında deyil.
Bu məqamda adam istəyir ki, soruşa: Axı, sən kimsən, Ülvi Quliyev ? ( Teatrda deyir ee...Axı, sən kimsən, yoldaş Dadaşov?)
Sakinlər müxtəlif instansiyalara müraciət etsələr də, Ülvi Quliyev və oğlu Orxan Quluzadə heç kimi saymır.
Əvvəllər sakinlərlə tez-tez və üzbəüz görüşən Orxan Quluzadə son vaxtlar nədənsə elə bil qeybə çəkilib. Hətta son vaxtlar Orxanı öz ofisində ( Səbail, Qurban Abbasov 42 ) görən olmayıb.
Ərazidə qalan vətəndaşların evləri qəzalı vəziyyətdədir.
Cənab deputat, iraq olsun qəza olsa, vətəndaşlar ölsə, səni nə gözlədiyini başa düşürsənmi ?
Sakinlərin dediyinə görə, Ülvi Quliyev “B” planını işə salıb, Tikinti işləri gecələr həyata keçirilir, fəhlələr gecə saat 3-00 radələrində işləyirlər.
Hətat bu günlərdə, daha dəqiq desək 07 sentyabr tarixdə Səbail polisi gecə saatlarında buldozerlə iş gördürən Həbibi evdən çıxarıb polisə aparıb. Sanki cənab deputat gecəqondu qaydası ilə bina tikmək istəyir.
Deyir ayının 100 oyunu var, 1 armudun başında.
Bütün bu oyunların da məqsədi odur ki, ev sahiblərinə az pul verib razı salsınlar və milyonlar qazansınlar.
Şikayətçi sakinlərdən bir olan Nəsir Məmmədli deyir ki, deputat olan kəs mənim əmlakımı zorla ələ keçirmək istəyir.
Bəli, cənab deputat, siz sakinləri ölümlə üz-üzə qoymusunuz.
Bir gün bunun bədəlini ödəyəcəksiniz. Necə ki, adam döyən, deputat niçanını “zaloq” qoyan həmkarların ödəyir.

DEPUTAT ÜLVİ QULİYEVİN ŞİRKƏTİ ÖLKƏ QANUNLARIN SAYMIR ?- DAHA BİR DEPUTAT MANDATI ALINARAQ HƏBS OLUNA BİLƏR…
DEPUTAT ÜLVİ QULİYEVİN ŞİRKƏTİ ÖLKƏ QANUNLARIN SAYMIR ?- DAHA BİR DEPUTAT MANDATI ALINARAQ HƏBS OLUNA BİLƏR…
DEPUTAT ÜLVİ QULİYEVİN ŞİRKƏTİ ÖLKƏ QANUNLARIN SAYMIR ?- DAHA BİR DEPUTAT MANDATI ALINARAQ HƏBS OLUNA BİLƏR…
DEPUTAT ÜLVİ QULİYEVİN ŞİRKƏTİ ÖLKƏ QANUNLARIN SAYMIR ?- DAHA BİR DEPUTAT MANDATI ALINARAQ HƏBS OLUNA BİLƏR…
DEPUTAT ÜLVİ QULİYEVİN ŞİRKƏTİ ÖLKƏ QANUNLARIN SAYMIR ?- DAHA BİR DEPUTAT MANDATI ALINARAQ HƏBS OLUNA BİLƏR…
DEPUTAT ÜLVİ QULİYEVİN ŞİRKƏTİ ÖLKƏ QANUNLARIN SAYMIR ?- DAHA BİR DEPUTAT MANDATI ALINARAQ HƏBS OLUNA BİLƏR…


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 273}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22