Qəbələnin icra başçısı qazini dilənçi yerinə qoyub – Hörmətsizlik
4-10-2021, 09:00
Qarabağ qazisi Bəhram Nuriyev Qəbələ rayon icra başçısından narazıdır. Reportyor.info xəbər verir ki, İH qaziyə qarşı biganədir.
Onun sözlərinə gö, Qəbələ Rayon İcra Hakimiyyəti nin ayrı-seçkiliyi ifrat səviyyədədir: “Rayon üzrə hər hansısa bir qazi və şəhid ailələri üzrə keçirilən tədbir və yaxud toplantı üçün hələ də bircə dəfə dəvət edilməmişəm. Özləri seçib kimi istəyirlər çağırırlar.
Keçən dəfə intahar etdikdən sonra Qazilər üzrə xidmət rəisi Ramin özümün sonradan zəng edərək “niyə gəlmirsiz” dedikdən sonra bircə dəfə o gələrək ziyarət edib. Əgər oxuyursa onu da deyim ki dəfələrlə zəng eləməsəydim o da gəlməyəcəkdi.
İndiyə kimi dövlət tərəfindən dəfələrlə istəmirəm desəm də təkidlə məcburi olaraq yerli bələdiyyənin fondundan 200 azn adıma pul köçürülüb. Onu da Raminin müavini telefonla biz sənə çox dəstək göstərmişik deməklə başıma vuraraq elə o 200 manat zəhər edib. Geri ianə edəcəm özləri istifadə etsinlər.
Ölkə rəhbəri İcra hakimləri ilə bağlı “siz vətəndaşlara qulluq etmək üçün təyin olunmusuz” sözləri deyəsən bunlar üçün adi sözdən ibarətdir.
Haqqım varsa zərrə qədər icra hakimiyyətində oturub xidmət göstərən heç kimə haqqımı halal eləmirəm”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 232}