fim.az

Görəsən bəzi sayt rəhbərləri Vaqif Həsənovdan nə istəyir!?

16-10-2021, 13:40

Görəsən bəzi sayt rəhbərləri Vaqif Həsənovdan nə istəyir!?


ALLAH tərəfindən ucalanları bəndə alçada bilməz. Yel qayadan nə aparar? İt hürər karvan keçər

Çox pis zəmanədə yaşayırıq. Vəzifə, səlahiyyət sahibi olanlar arasında onlara yuxarılardan və aşağılardan olan inam və etimadı doğruldanları barmaqla saymaq olar. Ömrünü-gününü bu müqəddəs amala həsr edənlər, həmin barmaqla sayılanlar arasında Ağdam rayon icra hakimiyyətinin baaşçısı Vaqif Həsənov adının olması kimsəyə sirr deyil. Kişi əsl saflıq, təmizlik nümunəsidir.

Vaqif Həsənovun hər bir rəhbər şəxsə əsl nümunə, görk olan yüksək məziyyətlərindən danışmaqla onun portretinin cizgilərini cızmaq belə mümkün deyil. Bir də sözümüzü tərsə başa düşməyələr. O portreti cızılacaq adam kimsənin xəyalından belə “inanan daşa dönsün” fikri o böyük ürək sahibinə qarşı çox böyük hörmətsizlik olardı.

Yaxşıya yaxşı demək vicdan borcudur. İstər vəzifə sahibi olsun, istərsə də sıravi, sadə vətəndaş. Mən bu gün bu iki vəhdəti özündə birləşdirən bir azərbaycanlıdan söhbət açacam. O azərbaycanlı ki, ömrünü sadiqliyə və zəhmətə kökləyib, bütün çətinliklərdən, dedi-qodudan üzü ağ çıxıb, evində mükəmməl bir ata, işində yorulmaz rəhbər, nümunəvi icra başçısıdı. Bu şəxs kimidir?

Ağdam rayon icra hakimiyyətinin baaşçısı Vaqif Həsənov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Onların heç bir müraciətini geri çevirməyən Vaqif Həsənov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Karantin dövründə də rayonda yaşayan sakinlərin evlərinə ərzaq bağlamaları göndərilmişdir.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Ağdam rayon icra hakimiyyətinin baaşçısı Vaqif Həsənova biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

Gunxeber.az-ın əməkdaslarının araşdırması nəticəsində şəhər sakinləri haqqında sorğu keçirdik. Bir ağızla dedilər: Ağdam rayon icra hakimiyyətinin baaşçısı Vaqif Həsənov ilə bağlı yayılan məlumatlar tamamilə əsassızdır

Son günlər bəzi internet saytlarında Ağdam rayon icra hakimiyyətinin baaşçısı Vaqif Həsənov ilə bağlı böhtan xarakterli məlumatlar dərc edilir. "Başçının evinin işıq pulunu kimlər ödəyir? – Administrasiyanın kuratoru Vaqif Həsənovu xilas edə bilərmi?" başlıqlı yazı yazaraq gözdən salmağa çalışırlar. Amma məlumatların hardan qaynaqlandığını deyə bilmərik. Lakin tam məsuliyyətlə qeyd edirik ki, Ağdam rayon icra hakimiyyətinin başçısı Vaqif Həsənov haqqında yayımlanan qərəzli və böhtan xarakterli məlumatlar tamamilə əsassızdır. Bu cür dezinformasiyalar cəmiyyət arasında heç də birmənalı qarşılanmır. Ən azından Ağdam əhalisi qəbulolunmaz məqalələri nifrətlə qarşılayır və öz iradlarını bildirirlər.

Bəzi saytlar bunun əksini yazmaqla cəmiyyət arasında ajiotaj yaratmağa çalışırlar. Amma alınmayacaq.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 80}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:0705114400