fim.az

Yevlaxda mədəniyyətsiz “mədəniyyət” işçisi jurnalisti təhqir etdi – ŞOK VİDEO

26-01-2022, 12:32

Yevlaxda mədəniyyətsiz “mədəniyyət” işçisi jurnalisti təhqir etdi – ŞOK VİDEO


Bərdə Regional Mədəniyyət İdarəsinin Yevlax Rayonu üzrə idarəsində özbaşınalıqlar davam edir.

Xalqxeber.AZ xəbər verir ki, Bərdə Regional Mədəniyyət İdarəsinin Yevlax Rayonu Mədəniyyət Mərkəzinin filialı olan Bəşir Səfəroğlu adına kukla teatrının müdiri və Mədəniyyət Həmkarlarının sədri Zöhrə Adıgözəlova mədəniyyət işçilərinə maddi yardım yazıb, sonradan işçilərinin əlindən alır.

Məsələ ilə bağlı KanalS.az olaraq Bərdə Regional Mədəniyyət İdarəsinin Yevlax rayon üzrə nümayəndəsi Rafiq Məmmədovla əlaqə saxladıq. R.Məmmədov “mədəniyyətini” nümayiş etdirərək bizi nalayiq sözyüşlərlə təhqir etdi.

Məsələ ilə artıq aidiyyatı qrumlara müraciət etmişik. Ümid edirik ki, Mədəniyyət naziri Anar Kərimov öz “mədəniyyətsiz” işçisi barədə tədbir görəcək.

Həmin səs yazısını sizlərə təqdim edirik:



Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 226}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22