fim.az

GÖYÇAY DÖVLƏT İDARƏETMƏ VƏ TEXNOLOGIYA KOLLECI ÖZÜNÜN INKIŞAF DÖVRÜNÜ YAŞAYIR

26-01-2022, 15:54

GÖYÇAY DÖVLƏT İDARƏETMƏ VƏ TEXNOLOGIYA KOLLECI ÖZÜNÜN INKIŞAF DÖVRÜNÜ YAŞAYIR


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının uğurlu və uzaqgörən siyasəti sayəsində ölkəmizin sürətli iqtisadi tərəqqisinin nəticəsi olaraq ümumi təhsil müəssisələrində əlverişli təlim-tərbiyə şəraitinin yaradılmasına xidmət edən maddi-texniki bazanın yenidən qurulması, müasir tədris avadanlığı və informasiya-kommunikasiya texnologiyaları ilə təminat sahəsində genişmiqyaslı işlərin görülməsi bugünümüzün danılmaz həqiqətidir.

Təhsilimizin inkişafında Heydər Əliyev fondunun, xüsusən Mehriban xanım Əliyevanın xidmətləri sayəsində “Yeniləşən Azərbaycana yeni məktəb”, “Təhsilə dəstək”, digər layihə və proqramlar həyata keçirilmişdir ki, bu da özünü Göyçay rayonunun təhsil sahəsində də bariz göstərmiş, cəmiyyətdə geniş əks-səda doğurmuşdur.

Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecində tədrisin yüksək səviyyədə aparılması və cəmiyyətimiz üçün savadlı kadrların yetişdirilməsi məqsədilə son vaxtlar mühüm işlər görülüb. Göyçay Dövlət İdarəetmə və Texnologiya kollecinin direktoru hörmətli İrşad Abbasov bildirib ki, təhsil ocağının maddi-texniki bazasının gücləndirilməsi üçün xeyli iş görülüb, daxili imkanlar hesabına təmir-bərpa və yenidənqurma işləri aparılıb. Kollecin sinif otaqları, fənn kabinetləri, su-kanalizasiya sistemi, idman zalı, yeməkxana və kitabxanası təmir olunub, yeni plastik pəncərələr quraşdırılıb. Təhsil ocağına yeni invertar avadanlıq və kompyuterlər gətirilib. Kollecdə 30 mindən artıq kitab fondu olan böyük kitabxana yaradılıb. Elektron kitabxana vasitəsilə istənilən şəxs kollecin kitab fondundan yararlana bilir.
İrşad Abbasov qısa zaman kəsiyində bu təhsil ocağının təkmilləşdirilməsi üçün bacardığı hər bir işi yerinə yetirib. Kollec artıq çoxprofilli tədris müəssisəsinə çevrilib. On bir ixtisas üzrə 1100-dən çox tələbənin təhsil aldığı təhsil ocağında 120-ə yaxın müəllim çalışır. Tələbələr yalnız təhsil prosesində deyil, həm də kollecin ictimai həyatında da öz fəallıqları ilə seçilirlər. Ölkənin orta ixtisas məktəbləri arasında ilk dəfə olaraq bu təhsi ocağında yaradılan tələbə parlamenti tədris prosesində yüksək keyfiyyət göstəricilərinə nail olmaq üçün iş aparır. Tez-tez kollecin idarə olunması rəmzi olaraq tələbə parlamentinin üzvlərinə həvalə olunur ki, bu da tələbələrin müstəqil idarəetmə bacarığını formalaşdırır. Kollecdə fəaliyyət göstərən tələbə elmi cəmiyyəti tələbələrin elmi-tədqiqat işlərinə cəlb olunması, onların təhsilə marağının artırılması sahəsində vacib iş görür. Hazırda təhsil müəssisəsində kompyuter sinifləri mövcuddur və informatika dərslərində tələbələr 30-a yaxın kompyuterdən əyani vəsait kimi geniş istifadə edirlər. Bundan əlavə, tələbələr günün ikinci yarısında kompyuter proqramları üzrə təşkil edilən məşğələlərdə iştirak edirlər. Təhsil müəssisəsinin internetə qoşulmuş kompyuter mərkəzi vasitəsilə xarici ölkələrin ali və orta ixtisas məktəbləri ilə müntəzəm əlaqə saxlanılır, onların tədris proqramları öyrənilir və tətbiq olunur.
Kollecdə tələbələrin biliyi 100 ballıq sistemlə qiymətləndirilib. İmtahan günlərində kollecin tələbələri arasında müəllimlər və təhsil ocağının rəhbərliyi barədə fikirlərin öyrənilməsi üçün anonim olaraq rəy sorğuları keçirilib. Tələbələr təhsilin səviyyəsi, imtahanlar zamanı müəllimlərin onlarla necə davranması, rüşvət hallarının olub-olmaması ilə bağlı müsbət fikirlər bildiriblər. Tələbələr birmənalı olaraq İrşad Abbasovun fəaliyyətini yüksək qiymətləndiriblər və kollecdə mənfi halların baş vermədiyini qeyd ediblər.

Göyçay Dövlət İdarəetmə və Texnologiya Kolleci özünün inkişaf dövrünü yaşayır

Göyçay Dövlət İdarəetmə və Texnologiya kollecinin direktoru hörmətli İrşad Abbasovun əməyi sayəsində bu gün təhsil ocağı özünün inkişaf dövrünü yaşayır. Lakin, İrşad müəllimin rəhbərlik etdiyi kollecin bu uğurlarını son vaxtlar gözü götürməyən insanlar da var. Onlar İrşad Abbasovun şəxsi nüfuzuna və əmək fəaliyyətinə xələl gətirmək üçün ona qarşı yalan məlumatlar yayırlar. Bəzi insanlar özlərinə yaxın olan internet saytlarda onun guya kollecin maddi-texniki bazasının gücləndirilməsi üçün ayrılan maliyyə vəsaitini mənimsəməsi və imtahanlara görə tələbələrdən pul yığılması barədə həqiqəti əks etdirməyən, yalan və şantaj dolu məlumatlar yaymaqla onu rayon ictimaiyyəti qarşısında nüfuzdan salmağa çalışırlar. Fəaliyyəti dövründə əsl azərbaycanlı olduğunu sübut edən, daim dövlətçiliyə xidmət edən, ölkə Prezidenti İlham Əliyevin siyasətinə sadiq olan, daim tələbələrin yanında olmağı bacaran, onların qayğı və problemləri ilə maraqlanan İrşad Abbasov barəsində haqsız yazılanlara rayonun təhsil işçiləri də qəti etirazlarını bildirirlər. Tam əminliklə deyə bilərik ki, bu növ informasiyaların heç bir əsası yoxdur. Ümid edirik ki, rayonda böyük hörmət sahibi olan İrşad Abbasova qarşı məqsədli şəkildə qərəzli mövqe tutan insanlar qısa zamanda öz əməlindən utanaraq peşman olacaqlar.
GÖYÇAY DÖVLƏT İDARƏETMƏ VƏ TEXNOLOGIYA KOLLECI ÖZÜNÜN INKIŞAF DÖVRÜNÜ YAŞAYIR


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 317}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22