fim.az

Kəmaləddin Heydərovun Maqa adlı qohumu “Tik-Tok”u “partladır”…

31-01-2022, 10:56

Kəmaləddin Heydərovun Maqa adlı qohumu “Tik-Tok”u “partladır”…


“Tik-Tok”da böyük pullar hesabına populyarlaşan Maqa fövqəlnazirin qohumu çıxdı



“Tik-Tok” sosial şəbəkəsinin Azərbaycan seqmentində qısa müddət ərzində populyarlaşan Maqa adlı istifadəçinin kimliyi hamını maraqlandırır. Qeyd edək ki, cəmi bir həftəyə bir milyondan artıq xal toplamaqla birinciliyi əldə etməyi bacaran Maqa-ya qarşı “Tik-Tok”da monopolist mövqeyi əldən vermək istəməyən böyük hədiyyə atanları səfərbər olub. Onlar özlərinə yaxın bir blogerə bahalı hədiyyələr atmaqla onu Maqadan önə keçirməyi bacarıblar.

Hazırda sıralamada ikinci olan Maqa qalib olacağı ilə bağlı nikbin danışıb və deyib ki, onun elə varlı dostları var ki, adamı cibinə qoyarlar. Azinforum.az-ın əldə etdiyi məlumata görə, Maqanın doğrudan da çox imkanlı şəxslərdən ibarət olan əhatəsi var. Onun fövqəlnazir Kəmaləddin Heydərovla yaxın qohum olduğu bildirilir. Maqanın atası isə Dövlət Yol Polisi sistemində yüksək vəzifıdə çalışıb. Hazırda keçirilən yarışmada ona dəstək verənlərin sırasında sabiq və hazırkı məmur övladları var. Yarışmanın yekun nəticəsi bu gün gecə saatlarında bilinəcək.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 140}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22