fim.az

Gəncədə abadlıq və quruculuq işləri geniş vüsət alıb

1-03-2022, 15:04

Gəncədə abadlıq və quruculuq işləri geniş vüsət alıb


Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov - Ölkəmizin sürətli inkişafı bölgələrimizdə də geniş vüsət alıb. Bu inkişaf respublikamızın ikinci böyük şəhəri Gəncədə də özünü göstərir. Prezident İlham Əliyevin qayğısından güc alıb simasını dəyişən Gəncə gündən-günə gözəlləşir, yeni uğurlara imza atır. Məqsədyönlü şəkildə həyata keçirilən tədbirlər şəhərin sosial-iqtisadi həyatının bütün sahələrini əhatə edir.

Gəncədə abadlıq və quruculuq işləri geniş vüsət alıb


Son illərdə şəhərin əsas infrastruktur layihələrinin böyük əksəriyyəti öz həllini tapıb. Elektrik enerjisi ilə təchizat tam öz həllini tapmışdır. Gəncədə 10 yarımstansiya həm yenidən tikilib, həm də əsaslı təmir edilib. Onların enerji istehsalı gücü 220 meqavatdır, şəhərin tələbatını tam ödəyir. Qazlaşdırma layihəsi tam icra edilib. İçməli su layihəsi hələ ki, icra edilir. Bu çox maliyyətutumlu layihədir (təqribən 800 milyon manat dəyərində). Bu layihənin icrası nəticəsində Gəncə şəhərinin içməli su və kanalizasiya problemləri birdəfəlik həll olunacaq. Hazırda bu layihənin icrası 42 faiz səviyyəsindədir.

Yollar tam müasirləşdirilib. Həm Bakı-Gəncə avtomobil yolunun, həm də Gəncə-Qazax-Gürcüstan sərhədi yolunun çəkilişi başa çatıb. Bu yol iki zolaqdan dörd zolağa genişləndirilib. Eyni zamanda, Gəncədən digər şəhərlərə – Göygöl, Daşkəsən şəhərlərinə gedən yollarda da əsaslı təmir işləri aparılmışdır.

Bakıdan dəmir yolu tam modernləşdirilib. Bu, əslində, Şərq-Qərb nəqliyyat dəhlizinin bir parçasıdır. Hazırda Bakıdan Gəncəyə və Gəncədən Bakıya yüksək sürətli qatarlar işləyir. Dünyanın aparıcı İsveçrə şirkəti tərəfindən istehsal edilən bu qatarlar həm vaxt baxımından çox əlverişlidir, həm də ki, komfortludur. Bu insanların rahatlığı üçün də çox önəmli bir məsələdir. Gəncədə lokomotiv deposunun yaradılması artıq başa çatıb. Lokomotiv deposuna çox böyük ehtiyac var. Gəncədən Şərq-Qərb nəqliyyat dəhlizi keçir. Həmçinin, Gəncə Beynəlxalq Hava Limanı uzun illər bundan əvvəl yenidən qurulmuşdur.

Şəhərin səhiyyə və təhsil infrastrukturu da yenilənib. Burada 245 çarpayılıq şəhər xəstəxanası yenidən tikilib və əlavə 200 çarpayılıq modul tipli xəstəxana quraşdırılıb. Şəhərdə 30-dan çox məktəb tikilib və təmir edilib. Bu problemin böyük hissəsi öz həllini tapıb. Dövlət Aqrar Universitetinin iki yataqxanası istifadəyə verilib. Nəzərə alsaq ki, hazırda ölkə iqtisadiyyatı üçün kənd təsərrüfatı xüsusi önəm daşıyır, bu təhsil mərkəzinin müasirləşdirilməsi çox böyük əhəmiyyətə malik idi.

Gəncədə abadlıq və quruculuq işləri geniş vüsət alıb


Bir neçə il bundan əvvəl Gəncə Filarmoniyası açıldı. Filarmoniyanın açılması Gəncə şəhərinin mədəni həyatına böyük töhfə veribdir, eyni zamanda, şəhərin ümumi görünüşünə gözəl töhfə olubdur. Çünki memarlıq baxımından çox gözəl bir binadır. Dram Teatrı da çox möhtəşəm binadır və orada artistlər, truppa üzvləri və tamaşaçılar üçün gözəl şərait yaradılıb. Gəncənin mədəni həyatı çox zənginləşir. Gəncənin hərtərəfli inkişafı ilə bağlı işlər görülür, o cümlədən parklar, xiyabanlar, istirahət və əyləncə zonaları yenidən qurulur. Görülən bütün bu işlər düzgün müəyyən edilmiş siyasətin nəticəsidir.

İkinci Qrabağ müharibəsindən sonra Gəncə, eyni zamanda, Kəlbəcər rayonunun inkişafı ilə bağlı öz sözünü deyir və deməlidir. Kəlbəcərə yeganə gedən yol Gəncədən Göygölə, Göygöldən Kəlbəcərədir. Bu yol ancaq yaz-yay mövsümlərində rahat istifadə edilə bilər. Çünki qış aylarında yol həm bəzi yerlərdə keçilməz, həm də çox təhlükəli olur. Bu yol faktiki olaraq sovet vaxtında olmayıb, bir cığır idi. Gəncə və Gəncənin ətrafında yerləşən ərazilərin bundan sonra da ölkəmizin həyatında, xüsusilə azad edilmiş torpaqların həyatında xüsusi rolu olacaqdır.

Daşkəsən rayonunun dağ-mədən sənayesinin uğurlu inkişafı da böyük dərəcədə Gəncədəki infrastrukturla bağlı olacaq. Orada həm qızıl yataqları, həm də dəmir filizi yataqları mövcuddur. Bu işlərin sürətləndirilməsi üçün əlavə göstərişlər verilib. Dəmir filizi yataqlarından səmərəli istifadə etmək üçün zəncirvari sənaye klasteri yaradılmalıdır. Gəncənin də burada xüsusi rolu olacaqdır.

Bir neçə il bundan əvvəl Gəncədə “ASAN xidmət” Mərkəzi açılmışdır. Ancaq tələbat o qədər böyükdür ki, növbələr yarandı. “ASAN xidmət”in xüsusiyyətlərindən biri həm şəffaflıqdır, müasir xidmətlərin göstərilməsidir, həm də rahatlıqdır. Əgər növbə yaranırsa və insanlar saatlarla növbədə dayanırsa, bu, artıq “ASAN xidmət” olmadı. Ona görə Gəncədə ikinci “ASAN xidmət” Mərkəzi yaradıldı.

İnşa olunan Gəncə İdman Sarayı Azərbaycanın ən böyük idman kompleksi olacaqdr. Bütün əsas idman növləri bir yerdə cəmləşib. Burada həm döyüş idman növləri, güləş, boks, həm məktəblər – güləş məktəbi, boks məktəbi, həmçinin əl oyunları üçün xüsusi zal – basketbol, voleybol, həndbol, 50 metrlik üzgüçülük hovuzu, yardımçı otaqlar və zallar, otel fəaliyyət göstərəcəkdir. Bu sarayı Gəncədə inşa etmək gəncəlilərə edilən bir hədiyyədir.

44 günlük müharibə zamanı şəhərə 13 raket atılıb, onlardan 8-i partlayaraq əfsuslar olsun ki, insanların həyatına son qoyub, beş raket isə partlamayıb. Bu da öz növbəsində onu göstərir ki, Ermənistan ordusu nə vəziyyətdə idi. Ancaq bu namərd atəş nəticəsində həlak olan vətəndaşlarımız yaşamalı idi. Onların arasında uşaqlar (6 uşaq həlak oldu), qadınlar, yaşlı insanlar da var idi. Təkcə Gəncə şəhərində 26 mülki vətəndaş namərd atəş nəticəsində həlak oldu, erməni faşizminin qurbanı oldu. Gəncə şəhəri həm “Toçka-U”, həm “SCUD” raketləri ilə atəşə tutulurdu. Əlbəttə, bu, hərbi cinayətdir və hərbi cinayət kimi dünya tərəfindən tanınmalıdır.

Gəncədə inşa olunacaq Memorial Kompleks böyük ərazini əhatə edəcək.Memorial Kompleks təqribən dörd hektarda yaradılacaq. Dağıdılmış binalar olduğu kimi qalacaq. Yəni, bu yaddaş silinməməlidir. Bu erməni vəhşiliyini unutmamalıyıq. Sülh olmalıdır, ancaq heç vaxt erməni vəhşiliyini, erməni faşizmini unutmamalıyıq. Erməni faşizmini məğlub etdik. Elə etməliyik ki, erməni faşizmi bundan sonra heç vaxt baş qaldırmasın.

Gəncədə abadlıq və quruculuq işləri geniş vüsət alıb


Cəllad Njdeyə Ermənistanın paytaxtında – İrəvanda qoyulan abidə faşizmin təbliğatıdır. Buna son qoyulmalıdır. Bu adam faşist və cəllad olub. Bu adam günahsız azərbaycanlıların və ondan sonra İkinci Dünya müharibəsi zamanı sovet ordusunun əsgərlərini, zabitlərini qətlə yetirib. Ancaq Ermənistanda onun qəhrəmanlaşdırılması gedir. Faşizmin baş qaldırmasına yol vermək olmaz.

Gəncədə abadlıq və quruculuq işləri geniş vüsət alıb


Biz erməni faşizmini məğlub etdik, ancaq o, məhv edilməyib. Erməni faşizminin bütün təzahürləri yer üzündən silinməlidir. Ancaq gərək digər ölkələr də, beynəlxalq ictimaiyyət də bu məsələdə həmrəy olsun. Erməni faşizminin XXI əsrdə törətdiyi bu dağıntılar hamı üçün gərək bir nümunə olsun ki, faşizmin yaxşısı, pisi yoxdur. Erməni havadarları, Ermənistanın arxasında dayanan dairələr də bunu bilməlidirlər, dərk etməlidirlər və bizim tarixi missiyamızı qiymətləndirməlidirlər, biz hansı bəlanı məhv etdik.


Niyazi Bayramov vətəndaş qəbulu keçirib

Gəncədə abadlıq və quruculuq işləri geniş vüsət alıb


Şəhid ailələri və qazilərin də iştirak etdiyi növbəti görüşdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov vətəndaşların şikayət və təkliflərini dinləyib. Görüşdə Gəncə Şəhər Nizami və Kəpəz Rayon İcra Hakimiyyətlərinin başçıları, Nizami və Kəpəz Bələdiyyələrinin sədrləri, o cümlədən idarə, müəssisə və təşkilat rəhbərləri də iştriak ediblər.

Müraciətlər arasında maddi yardımın göstərilməsi, mənzil növbəsinə götürülmə, torpaq sahəsinin sənədləşdirilməsi və digər məsələlər üstünlük təşkil edib.
Niyazi Bayramov sakinləri narahat edən məsələlərin həlli istiqamətində aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verib. Bir sıra müraciətlər isə yerindəcə öz həllini tapıb.
Qeyd edək ki, bu cür görüşlər Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən mütəmadi olaraq keçirilir.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 227}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22