fim.az

Hikmət Şikarov: Müzəffər Ali Baş Komandanının səyi nəticəsində daha böyük uğurlara imza atacaq

23-09-2022, 12:20

Hikmət Şikarov: Müzəffər Ali Baş Komandanının səyi nəticəsində daha böyük uğurlara imza atacaq


Şamaxı Rayon İcra Hakimiyyətinin Başçısının birinci müavini Hikmət Şikarov - Müzəffər Ali Baş Komandanın Laçında üçrəngli bayrağımızı qaldırması bizə yeni qüvvə və ruh verir. Xalqımızın şanlı qəhrəmanlıq tarixinə daha bir unudulmaz gün əlavə olundu. Bundan sonra 21 sentyabr- yaddaşlarımıza, xüsusən də Laçınlıların yaddaşına heç vaxt unudulmayacaq bir tarix kimi yazıldı. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sentyabrın 21-də Laçına səfəri və Laçın şəhərində Azərbaycan Bayrağını ucaltması tarixin ən yaddaqalan hadisələrindən birinə çevrildi. Prezident İlham Əliyev Laçına səfər edən ilk dövlət başçısı kimi adını tarixə yazdı. Qürurverici məqamdır ki, qalib xalqın, qalib ordunun Müzəffər Ali Baş Komandanı kimi Laçına qısa zamanda üçüncü səfərini etdi. Dövlətimizin başçısı hər səfərində çıxışı zamanı düşmənlərimizə yeni mesajlar verir. Laçında bu dəfəki çıxışı zamanı Prezident bir çox mühüm məqamlara diqqət çəkdi. Dövlətimizin başçısı bildirdi ki, 44 günlük Vətən müharibəsinin sonunda Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur oldu və beləliklə, Azərbaycanın tarixi Zəfəri təsdiqləndi. Bu kapitulyasiya aktının nəticəsində Ermənistan Ağdam, Kəlbəcər və Laçın rayonlarının işğal edilmiş hissəsindən öz qoşunlarını çıxardı. Daha sonra dövlətimizi başçısı Laçından keçən yolun inşasından, dövlətlərin üzərlərinə götürdükləri öhtəliklərin vaxtında icrasından və müzəffər Ordumuzun Laçını nəzarətə götürməsindən danışdı. Prezident İlham Əliyevin də dediyi kimi, Laçın və Kəlbəcər rayonlarının bir hissəsi 44 günlük Vətən müharibəsi dövründə azad edilmişdi. Laçının cənub, Kəlbəcərin şimal hissəsini müzəffər Azərbaycan Ordusu işğalçılardan azad etmişdi. Ancaq Laçın şəhəri nəzarətimizdən kənarda qalmışdı. Bunun da səbəbi o idi ki, Ermənistanı Xankəndi ilə birləşdirən avtomobil yolu şəhərin ortasından keçirdi və buna görə də biz, Laçın şəhərini nəzarətə götürə bilməmişdik. Ancaq bu məsələ də öz həllini tapdı. 9 noyabr tarixində aparılan danışıqlar nəticəsində Azərbaycan Prezidentinin təkidi ilə alternativ yolun çəkilişi sənəddə təsbit edildi və 3 il ərzində yeni yolun çəkilişi ilə bağlı razılaşmalar aparılmalı idi. Azərbaycan bu razılaşmaları daha tez bir zamanda başa çatdırdı, Rusiya tərəfi ilə yeni yolun marşrutu təsdiqlənmişdi və təxirəsalınmaz tədbirlər görülərək yeni yolun çəkilişinə başlanıldı. Bu müddət cəmi bir il 8 ay çəkdi. Yəni, bir il 8 aydan sonra artıq alternativ yol hazır oldu. Azərbaycan Prezidenti deyib: “Biz rəsmi qaydada bildiriş göndərmişdik ki, avqustun 2-də yol hazırdır, avqustun 5-də Azərbaycan Laçın şəhərinə və o cümlədən, köhnə yola daxil olur və Laçın şəhərinə qayıdır.

Hikmət Şikarov: Müzəffər Ali Baş Komandanının səyi nəticəsində daha böyük uğurlara imza atacaq


Ondan sonra bizə Qarabağda yaşayan ermənilər müraciət etmişdilər, xahiş etmişdilər ki, onlara avqustun 25-nə qədər əlavə vaxt verilsin. Baxmayaraq ki, burada qanunsuz məskunlaşma olub, biz yenə də humanistlik göstərərək onlara bu imkanı verdik. Beləliklə, avqustun 26-da Azərbaycan Ordusu Laçın şəhərinə daxil oldu və biz Laçın şəhərini qaytardıq”. Göründüyü kimi, Laçına səfəri çərçivəsində Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyev Kəlbəcər-Laçın avtomobil yolunda yeni inşa edilən tunellə tanış oldu, Laçın şəhərində inşa ediləcək “Laçın” Qovşaq Yarımstansiyasının təməlqoyma mərasimində iştirak etdi. Prezident İlham Əliyev Laçın şəhərinin yenidən qurulması planından danışarkən, vaxtıilə salınmış şəhər planından istifadə olunacagını vurğulayaraq bildirdi ki, şəhərin 1980-ci illərdə tərtib edilmiş Baş Planı vardır. Bu, indi təhlil edilir, əlavələr olunacaq və Laçın şəhərini biz bərpa edəcəyik. “Ümid edirəm ki, laçınlıların birinci qrupu Laçın şəhərinə gələn ilin sonuna qədər qayıda bilərlər. Mən buna ümid edirəm və əlimdən gələni edəcəyəm ki, biz buna nail olaq, tezliklə Laçın şəhərini bərpa edək. Biz bütövlükdə Laçın rayonunu və bütün başqa rayonları bərpa edəcəyik” – deyə, Müzəffər Ali Baş Komandan çıxışında bildirib. Prezident İlham Əliyev Laçının azad olunmasın və milli bayragımızın Laçında dalgalanmasını qürur hissi ilə bildirdi: “Bir daha demək istəyirəm, fəxr edirəm ki, Laçın şəhərinin mərkəzində milli bayrağımızı ucaltdım. Bu bayraq burada əbədi dalğalanacaq! Biz burada əbədi yaşayacağıq! Yaşasın Laçın! Yaşasın Azərbaycan!” Bəli bu tarix Azərbaycanın şanlı zəfər tarixinin bir səhifəsidir. Ümid edirik ki, Azərbaycan dövləti öz qüdrətli, praqmatik və kamil Prezidentinin, Müzəffər Ali Baş Komandanının səyi nəticəsində daha böyük uğurlara imza atacaq. Bundan sonra tariximiz yalnız şanlı qələbələrimizin, uğurlarımızın qeyd olunduğu qırmızıya bürünəcək.

Şamaxıda “Qayalı” marketinin açılış mərasimi keçirilib

Hikmət Şikarov: Müzəffər Ali Baş Komandanının səyi nəticəsində daha böyük uğurlara imza atacaq


Respublikamızda ölkə Prezidenti İlham Əliyev tərəfindən sahibkarlığın inkişaf etdirilməsinə verilən dəstəyin, sahibkarlar üçün yaradılan şəraitin və şəffaf mühitin təmin edilməsinin nəticəsidir ki, ölkəmizdə bu sahə sürətlə inkişaf edir.

Sentyabrın 12-də Şamaxıda “Qayalı” marketlər şəbəkəsinin növbəti filialının açılışı olub. Açılış mərasimində Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, şəhid ailələri, qazilər və rayon sakinləri iştirak edib.

“Qayalı” marketlər şəbəkəsinin növbəti filialının rayonumuzda sahibkarlığın inkişafına göstərilən dəstəyin daha bir əyani göstəricisidir.

Yeni iş yerlərinin açılması baxımından ticarət mərkəzlərinin fəaliyyətə başlaması mühüm əhəmiyyət kəsb edir. Belə ki, burada 200-dən çox Şamaxı sakini işlə təmin olunacaq.

Bu da eyni zamanda rayon sakinlərinin məşğulluğunun artırılmasına töhfə verir.

Həmçinin marketin yerləşdiyi ərazidə II Qarabağ müharibəsinin şəhidi mayor Asif Azayevin xatirəsinə həsr olunmuş bulaq kompleksinin açılışı olub.

Açılış mərasiminin rəsmi hissəsi bitdikdən sonra, bədii hissə ilə davam etmişdir.

Hikmət Şikarov: Müzəffər Ali Baş Komandanının səyi nəticəsində daha böyük uğurlara imza atacaqHikmət Şikarov: Müzəffər Ali Baş Komandanının səyi nəticəsində daha böyük uğurlara imza atacaqHikmət Şikarov: Müzəffər Ali Baş Komandanının səyi nəticəsində daha böyük uğurlara imza atacaqHikmət Şikarov: Müzəffər Ali Baş Komandanının səyi nəticəsində daha böyük uğurlara imza atacaqHikmət Şikarov: Müzəffər Ali Baş Komandanının səyi nəticəsində daha böyük uğurlara imza atacaqHikmət Şikarov: Müzəffər Ali Baş Komandanının səyi nəticəsində daha böyük uğurlara imza atacaq
Hikmət Şikarov: Müzəffər Ali Baş Komandanının səyi nəticəsində daha böyük uğurlara imza atacaq


Varşava Böyük Kahinlər Seminariyasının rektoru Voyçex Bartkoviçin rəhbərlik etdiyi nümayəndə heyəti Şamaxı rayonuna səfər edib

Hikmət Şikarov: Müzəffər Ali Baş Komandanının səyi nəticəsində daha böyük uğurlara imza atacaq


Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının Polşa Respublikasındakı Səfirliyi və “Həyat sözü” Xristian dini icmasının birgə təşkilatçılığı ilə Varşava Böyük Kahinlər Seminariyasının rektoru Voyçex Bartkoviçin rəhbərlik etdiyi nümayəndə heyəti Şamaxı rayonuna səfər edib.

Səfər çərçivəsində nümayəndə heyəti əvvəlcə ölkəmizin ən qədim məscidi olan Şamaxı Cümə Məscidini ziyarət edib.

Ziyarət zamanı Şamaxı Rayon İcra Hakimiyyəti başçısı Tahir Məmmədov qonaqları salamlayaraq, Şamaxının tarixi, mədəniyyəti, o cümlədən, ölkəmizdəki multikultural dəyərlər barədə danışıb.

Sonra Qafqaz Müsəlmanlar İdarəsinin bölgə qazisi, Şamaxı Cümə Məscidinin imamı Mərəhmət Mustafayev məscidin tarixi, ölkəmizdə və bölgədə olan dini konfessiyalar arasındakı dostluq münasibətləri barədə söhbət açıb.

Səfər çərçivəsində nümayəndə heyəti dahi şair Nəsiminin qardaşı Şahxəndanın türbəsində olublar.

Varşava Böyük Kahinlər Seminariyasının rektoru, nümayəndə heyətinin rəhbəri Voyçex Bartkoviç və Polşanın Mədəniyyət və Mədəni İrsin Qorunması üzrə Yepiskopluğu Şurasının sədri Mixal Yanoxa nümayəndə heyəti adından Azərbaycanda, o cümlədən regionda gördükləri bəşəri dəyərlərin üstün olduğu yüksək tolerantlıq mühitindən məmnun olduqlarını və qonaqpərvərliyə görə minnətdarlığını bildiriblər.

Hikmət Şikarov: Müzəffər Ali Baş Komandanının səyi nəticəsində daha böyük uğurlara imza atacaqHikmət Şikarov: Müzəffər Ali Baş Komandanının səyi nəticəsində daha böyük uğurlara imza atacaq
Hikmət Şikarov: Müzəffər Ali Baş Komandanının səyi nəticəsində daha böyük uğurlara imza atacaq


Şamaxı rayonunun İkinci Cabanı kəndində modul tipli ümumi orta məktəb quraşdırılacaq

Hikmət Şikarov: Müzəffər Ali Baş Komandanının səyi nəticəsində daha böyük uğurlara imza atacaq


İlin sonunadək Şamaxı rayonunun İkinci Cabanı kəndində 80 şagird yerlik modul tipli tam orta məktəbin quraşdırılmasına 355 min manat ayrılıb.

Bu, Prezident cənab İlham Əliyevin “Azərbaycan Respublikasında modul tipli təhsil müəssisələrinin quraşdırılması işlərinin davam etdirilməsi haqqında” 2022-ci il 19 sentyabr tarixli Sərəncamında yer alıb.

Sərəncama əsasən, Azərbaycanda yeni modul tipli təhsil müəssisələrinin quraşdırılması məqsədilə Elm və Təhsil Nazirliyinə 5 milyon manat ayrılıb.

Şamaxıda Kitab Sərgi-Yarmarkası təşkil olunub

Hikmət Şikarov: Müzəffər Ali Baş Komandanının səyi nəticəsində daha böyük uğurlara imza atacaq


Azərbaycanın ərazi bütövlüyü uğrunda canından, qanından keçən qəhraman oğullarımızın xatirəsinə hekayələr, romanlar yazılıb, kitablar çap edilib.

Şamaxı Rayon İcra Hakimiyyəti və “TEAS Press” Nəşriyyat evi tərəfindən Şamaxı şəhər Heydər Əliyev adına parkda keçirilən kitab sərgisində xalqımızın Vətən müharibəsində möhtəşəm qələbəsinə həsr olunan, Qarabağın tarixini və ordumuzun keçdiyi şanlı döyüş yolunu əks etdirən kitablar təqdim olunub. Sərgidə Şamaxı Rayon İcra hakimiyyətinin nümayəndələri, Milli Məclisin deputatı Tamam Cəfərova və digər rəsmilər iştirak ediblər.

Sərgi çərçivəsində Azərbaycan ədəbi mühitinin sevilən yazıçıları Reyhan Yusifqızı, Zahid Xəlil və Elxan Elatlı ilə imza saatları təşkil olunub. Yazıçılar cəmiyyət tərəfindən böyük marağa səbəb olan kitab yarmarkalarının və ədəbi görüşlərin tez-tez keçirilməsinə hər zaman ehtiyac olduğunu diqqətə çatdırıb.

Daha sonra, kitabsevərlər Azərbaycanın tanınmış yazıçıları Elxan Elatlı, Zahid Xəlil və Reyhan Yusifqızının “44 günlük Qarabağ müharibə”si ilə bağlı qələmə aldıqları kitablarla yaxından tanış olub və müəlliflərin öz imzası ilə kitab əldə ediblər.

Kitabın bəşəri dəyər olduğunu qeyd edən çoxsaylı sərgi qonaqları regionlarda kitab sərgilərinin keçirilməsini yüksək qiymətləndirib.

Qeyd edək ki, kitab sərgisinin keçirilməsində əsas məqsəd xalqımızın tarixinə hər zaman iftixarla öyünəcəyimiz qəhramanlıq salnaməsi yazan şəhidlərimizin xatirəsini əbədi yaşatmaqla yanaşı cəmiyyətdə kitaba olan marağı artırmaq və mütaliə mədəniyyətini təbliğ etməkdir.

Dünya klassiklərinin və uşaq ədəbiyyatının nümunələri daxil olmaqla ümumilikdə təşkil olunan iki günlük Kitab Sərgi-Yarmarkasında 104 adda 1300-ə yaxın kitab oxucuların diqqətinə çatdırılıb.

Hikmət Şikarov: Müzəffər Ali Baş Komandanının səyi nəticəsində daha böyük uğurlara imza atacaqHikmət Şikarov: Müzəffər Ali Baş Komandanının səyi nəticəsində daha böyük uğurlara imza atacaq
Hikmət Şikarov: Müzəffər Ali Baş Komandanının səyi nəticəsində daha böyük uğurlara imza atacaq


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 153}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22