fim.az

Famil Bağırov bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir!

23-09-2022, 13:05

Famil Bağırov  bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir!

Mətbuatdan anlayışı olmayan və şər-böhtanla məşğul olan insanlar düşünmürlər ki, bir şəxs barədə fakta əsaslanmadan yalan və şantaj xarakterli xəbər yazmaq şərəfsizlikdir? "Orbita MTK"-nın rəhbəri Famil Bağırovun nüfuzuna xələl gətirməyə çalışan, şəxsi həyatına müdaxilə edən və fakta əsaslanmadan şantaj xarakterli məlumatlar yazan bu saytların çirkin əməlləri niyə ifşa edilmir? Araşdırma zamanı məlum olub ki, həmin saytlar bəzi vəzifəli adamların sifarişi ilə tənqidi yazılar hazırlayaraq Famil Bağırovu nüfuzdan salmağa çalışırlar.

Fim.az-ın əməkdaslarının araşdırması nəticəsində sorğu keçirdik. Bir ağızla dedilər: "Orbita MTK"-nın rəhbəri Famil Bağırov ilə bağlı yayılan məlumatlar tamamilə əsassızdır.

"Orbita MTK"-nın rəhbəri Famil Bağırov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Onların heç bir müraciətini geri çevirməyən Famil Bağırov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, "Orbita MTK"-nın rəhbəri Famil Bağırova biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

Hər bir şəxs özünün keçdiyi həyat yoluna nəzər salanda, unudulmaz və xoş xatirələrə dönmüş anlarını, günlərini xəyalından keçirəndə istər-istəməz kimlərlə ünsiyyət saxladığı, kimlərlə yoldaşlıq və dostluq etdiyi insanlar göz önünə gəlir. Elə insanlar var ki, onların həyatı, fəaliyyəti elinə, xalqına, vətəninə xidmətə həsr olunur. Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, "Orbita MTK"-nın rəhbəri Famil Bağırovdur.

Famil Bağırov Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Famil Bağırov bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun "Orbita MTK" kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!






"Orbita MTK" sakinlərin təhlükəsizliyi mühafizə xidməti və videomüşahidə sistemi vasitəsilə təmin ediləcək.
Yaşayış Kompleksinin birinci mərtəbəsi sosial və kommersiya yönlü obyektlərin yerləşdirilməsi üçün satışa təklif olunur. “Avtomobilsiz həyət” konsepsiyası sayəsində kompleksin həyətyanı sahəsi sakinlərin tam sərəncamına veriləcək. Burada uşaqlar üçün oyun, yaşlılar üçün istirahət yerləri yaradılacaq. Avtomobillər xüsusi mühafizə olunan giriş vasitəsilə yeraltı dayanacağa daxil olacaq.

Özünə məxsus üslubda inşa edilən bu yaşayış kompleksinin görkəmi onu qəsəbənin bütün digər binalarından fərqləndirəcək.
Yaşayış Kompleksinin tikintisində müasir texnologiyalardan və yüksək keyfiyyətli tikinti materiallarından istifadə olunur. Betonun keyfiyyəti xüsusi laboratoriyalarda yoxlanılır. Qurulan drenaj sistemi və həyata keçirilən hidroizolyasiya işləri, təməldə olan istinad divarlarının nəmə və qrunt sularına qarşı ikiqat müdafiəni təmin edəcək. Bina yüksək seysmik davamlığa malik olacaq.

Tikinti işlərinə artıq başlanılıb. Mənzillər satışa tam dizayner təmirli təklif olunurlar. Təmirsiz mənzil almaq istəyən alıcılar mənzillərində təmir işlərini bina təhfil verilən tarixə kimi başa çatırmalıdırlar. Buda öz növbəsində bina təhfil verildikdən sonar bu kimi işlərlə bağlı səs-küyün və digər narahatçılıqların aradan qaldırılmasına zəmin yaradacaq. Binanın fasad görkəmini həmçinin blokların görkəmini, layihəsini dəyişə biləcək işlərə icazə verilməyəcək! Mənzillərdə təmir zamanı, binanın konstruksiyasına xələl gətirə biləcək işlərin aparılmasına icazə verilməyəcək!

"Orbita MTK" Yaşayış Kompleksində təklif olunan mənzillərin sahələri, qiymətləri və təmir üslubu, burada mənzilləri alanların yüksək statuslu insanlar olacaqlarını deməyə əsas verir..


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 277}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22