fim.az

İlham Əliyev Qazaxıstana rəsmi səfərə gedib - YENİLƏNİB

10-04-2023, 12:23

İlham Əliyev Qazaxıstana rəsmi səfərə gedib - YENİLƏNİB


Aprelin 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstan Respublikasına rəsmi səfərə gedib.

Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Astana şəhərinin Nursultan Nazarbayev Beynəlxalq Aeroportunda Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident İlham Əliyevi Qazaxıstanın Baş naziri Alixan Smailov və digər rəsmi şəxslər qarşılayıblar.

***

Azərbaycan Prezidenti İlham Əliyev bu gün Qazaxıstana rəsmi səfərə gedir.

Azərbaycan liderinin qazaxıstanlı həmkarı Kasım-Jomart Tokayevlə görüşü gözlənilir. Prezidentlərin ölkələr arasında ikitərəfli strateji əməkdaşlığın inkişafını müzakirə edəcəkləri bildirilir.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 196}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22