fim.az

İlham Əliyev 92,12 faiz səslə seçkilərdə liderdir

9-02-2024, 12:56

İlham Əliyev 92,12 faiz səslə seçkilərdə liderdir


Seçki məntəqələrinin 100 faizindən daxil olmuş ilkin məlumatlara əsasən, İlham Əliyev 92,12 faiz səslə fevralın 7-də keçirilmiş növbədənkənar prezident seçkilərində liderdir.

Mərkəzi Seçki Komissiyasının (MSK) saytı xəbər verir ki, 6537 məntəqədən daxil olan məlumatlar əsasında digər namizədlərin topladığı səs faizi aşağıdakı kimidir:

Prezidentliyə namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc - 2,17 faiz;

Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa - 1,98 faiz;

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev - 1,72 faiz;

Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev - 0,80 faiz;

Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev - 0,66 faiz;

Namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev - 0,53 faiz.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 65}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22