fim.az

Görəsən bəzi sayt rəhbərləri Niyazi Bayramovdan nə istəyir!?

6-03-2024, 23:57

Görəsən bəzi sayt rəhbərləri Niyazi Bayramovdan nə istəyir!?



Tam səmimiyyətlə demək istəyirik ki, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun bizim müdafiəmizə ehtiyacı yoxdur. Sadəcə, Niyazi Bayramovun barəsində şər və böhtan xarakterli yazıları dərc edən sayt rəhbərlərinə xatırlatmaq istəyirik ki, bizlərə məlumdur ki, bu cızma-qaraları kimlər nə məqsədlə yazdırır. Niyazi Bayramov Baş Prokurorluğa meydan oxuyur və yaxud öz əməllərinə kimi qurban edəcək..başlıqlı yazı yazaraq, gözdən salmağa çalışırlar. Ancaq bu dərəcədə olmaz. Ziyalı olan bir insana qarşı bələ münasibət yolverilməzdir. Unutmayın, bu davranışlar ictimaiyyət tərəfindən ikrahla qarşılanır. Əslində bu yazılarda həqiqət yükü olmadığına görə hec ona reaksiya verən də olmur. İnsanlar belə yazılara dodaq büzür və sifariş adlandırırlar.

Yazılan böhtanlarda diqqət çəkən və əslində həm də bütün yazılanları ifşa edən başqa bir məqam da var. Görəsən bu adamlar niyə köhnə palan ici tökürlər? Nala-mıxa vurub onun gördüyü işləri sanki yaddan çıxarırlar. Görməyə göz hamıda var. Yetər ki, yaxşını yaxşı görməyə istək olsun. Utanın cənablar, utanın!

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov həmişə gələcəyə inamla baxan, qarşıya qoyduğu məqsədə çatmaq üçün yorulmaq bilmədən çalışan icra başçısıdır. Yüksək pillələrə qalxmaq, orda qərar tutmaq, daha səlahiyyətli söz demək qabiliyyətinə malik olmaq üçün bu yolla dözümlük və səbr göstərmək Niyazi Bayramovun həyat kredosudur. Onun bir xüsusiyyətini xüsusi vurğulamaq istəyirik: o, həmişə işin ağır tərəfindən yapışanlardan olub.

Niyazi Bayramov çalışdığı bütün sahələrdə ilk gündən çox yaxından, olduqca fəal və layaqətlə iştirak etmişdir. Savadı, mədəniyyəti, yüksək əxlaqi keyfiyyətləri, böyük-kiçik yerini bilməsi ona kollektivdə və ictimaiyyət arasında həmişə hörmət və başucalığı gətirmişdir.

Mübaliğəsiz demək olar ki, Niyazi Bayramov ilk qədəmlərindən fəal ictimaiyyətçi, Vətənini, xalqını qəlbən sevən və ona xidmət etməyi özünə müqəddəs borc bilən bir ziyalıdır. Gənclik illərindən bu günə kimi yalnız bir yolla addımlayır – bu yol Böyük Heydər Əliyev yoludur. O, bu yolda çox geniş, məqsədyönlü, saf qəlblə, ürəklə fəaliyyət göstərmişdir, bu gün də göstərir, sabah da göstərəcəkdir.

Gəncədə “5 Mart – Bədən Tərbiyəsi və İdman Günü”nə həsr olunmuş ümumşəhər tədbiri keçirilib
Görəsən bəzi sayt rəhbərləri Niyazi Bayramovdan nə istəyir!?

Gəncə Şəhər İcra Hakimiyyətinin, Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı, o cümlədən Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin, Gəncə İdman Liseyinin, şəhərdə fəaliyyət göstərən universitet və kolleclərin dəstəyi ilə “5 Mart – Bədən Tərbiyəsi və İdman Günü”nə həsr olunmuş ümumşəhər tədbiri keçirilib.

Heydər Əliyev adına Meydanda baş tutan tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev, Əməkdar məşqçi, “Tərəqqi” medallı, “Şöhrət” ordenli Elçin Zeynalov, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, idarə, müəssisə, təşkilat rəhbərləri, idman ustaları, məşqçilər və şəhər ictimaiyyəti iştirak ediblər.

Əvvəlcə rəsmilər Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər. Sonra Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin nəzdində fəaliyyət göstərən idman məktəblərinin yetirmələrinin hazırladığı nümunəvi çıxışları izləyiblər.

Tədbirin rəsmi hissəsində bildirilib ki, hər il mart ayının 5-i Azərbaycanda Bədən Tərbiyəsi və İdman Günü kimi qeyd olunur. Ölkəmizdə Bədən Tərbiyəsi və İdman Prezident İlham Əliyevin 2005-ci il 4 mart tarixli Sərəncamına əsasən təsis edilib. Azərbaycanda Bədən Tərbiyəsi və İdman Gününün mart ayının 5-də qeyd olunması təsadüfi deyil. 1995-ci il martın 5-də Ümummilli Lider Heydər Əliyev Bakı İdman Sarayında dünya və Avropa çempionatlarının qalibləri və mükafatçıları ilə görüşüb, İdman Fondunu təsis edib. Bununla da ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafında yeni strategiyanın təməli qoyulub. 2006-cı ildə Prezident İlham Əliyevin Fərmanı ilə Gənclər və İdman Nazirliyi yenidən təşkil edilib. Prezident İlham Əliyevin ardıcıl səyləri, uğurlu idman siyasəti nəticəsində Azərbaycan dünyanın qabaqcıl idman ölkəsinə çevrilib. Ölkəmizdə idmana, bədən tərbiyəsinə diqqət ildən-ilə daha da artır. İndi nəinki Bakıda, ölkəmizin bütün bölgələrində, o cümlədən Gəncə şəhərində müasir idman qurğuları tikilir, idman mərkəzləri uğurla fəaliyyət göstərir. Bu sahədə həyata keçirilən ardıcıl tədbirlər, idmançılara göstərilən diqqət və qayğı, ölkəmizdə ən yüksək standartlara cavab verən mükəmməl idman infrastrukturu qarşıdakı illərdə daha böyük uğurların əldə olunacağına güclü zəmin yaradır.

Rəsmi hissədən sonra bir qrup idmançı bədən tərbiyəsi və idman sahəsində əldə etdikləri nailiyyətlərə görə “Fəxri fərman” və “Təşəkkünamə”lərlə təltif olunublar.

Tədbirin sonunda F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasının solistləri Rüstəm Cəfərov və Vasif Bayramov çıxış ediblər.

Görəsən bəzi sayt rəhbərləri Niyazi Bayramovdan nə istəyir!?
Görəsən bəzi sayt rəhbərləri Niyazi Bayramovdan nə istəyir!?
Görəsən bəzi sayt rəhbərləri Niyazi Bayramovdan nə istəyir!?
Görəsən bəzi sayt rəhbərləri Niyazi Bayramovdan nə istəyir!?
Görəsən bəzi sayt rəhbərləri Niyazi Bayramovdan nə istəyir!?
Görəsən bəzi sayt rəhbərləri Niyazi Bayramovdan nə istəyir!?
Görəsən bəzi sayt rəhbərləri Niyazi Bayramovdan nə istəyir!?
Görəsən bəzi sayt rəhbərləri Niyazi Bayramovdan nə istəyir!?
Görəsən bəzi sayt rəhbərləri Niyazi Bayramovdan nə istəyir!?
Görəsən bəzi sayt rəhbərləri Niyazi Bayramovdan nə istəyir!?


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 189}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22