fim.az

Şuşa hərbi komisarının başı cəncəldə - Seymur Qurbanovla bağlı hüquq mühafizə orqanlarına şikayətlər edilib?

16-06-2024, 13:23

Şuşa hərbi komisarının başı cəncəldə - Seymur Qurbanovla bağlı hüquq mühafizə orqanlarına şikayətlər edilib?


Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şuşa rayon bölməsinin rəisi polkovnik-leytenant Seymur Qurbanovla bağlı Fim.az-a ilginc məlumat daxil olub. Həmin məlumatda iddia olunur ki, Seymur Qurbanovun çox ciddi cəncələ düşüb. Belə ki, Seymur Qurbanovun bəzi vətəndaşlardan iş görmək adı altında pullar alıb geri qaytarmadığı deyilir. Məlumata görə işlərinin həll olunmadığını görən və verdikləri pullarını geri ala bilməyən vətəndaşlar Seymur Qurbanovla bağlı hüquq-mühafizə orqanlarına şikayət ediblər. Seymur Qurbanovun baş verənlərin gizli saxlanılması üçün hər vasitəyə əl atdığı bildirilir. Çünki onun bu əməllərindən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Mürsəl İbrahimov xəbər tutarsa bu Seymur Qurbanovun sonunu gətirər.

Qeyd edək ki, Seymur Qurbanov Hacıqabul, Ağdam və Quba rayonlarında hərbi komisar işləyib. S.Qurbanovun adı ölkə mətbuatına yad isim deyil. Vaxtilə Rusiya vətəndaşı olan şəxsi zorla hərbi xidmətə göndərməsi və çoxsaylı qunsuzluqları ilə bağlı ölkə mətbuatının gündəminə gəlmişdi.

Mövzu ilə bağlı araşdırmamız davam edir.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 323}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22