"Bu gün ADAU-da baş verən özbaşınalıqları sizə bildirməyi özümüzə borc bildik". Dia-az.İnfo bildirir ki, bu barədə ölkə rəhbərliyinə Azərbaycan Dövlət Aqrar Universiteti çalışanları adından edilən müraciətdə deyilir.
Qeyd edək ki, olduqca ağır ittihamlar səsləndirən müraciət müəllifləri iddialarının hüquq-mühafizə və aidiyyatı maliyyə qurumları tərəfindən araşdırılmasını da xahiş edirlər. Onların müraciətlərində deyilir:
"Univeristetə Zəfər Qurbanov rektor təyin olunduğu gündən (6 sentyabr 2022) bu günə qədər - qısa müddət ərzində univeristetin müxtəlif bəhanələr ilə büdcəsini talan edərək 2,5 milyon manat civarında pul mənimsəmişdir.
Belə ki, təkcə AZAL şirkəti ilə Türkiyəyə getmək adı altında 220 min manat müqavilə bağlanmış, Ege universtetinə tələbə qəbul olmadığı halda 500 min manat guya pul ayrılmışdır və s. yollarla 2,5 milyon manat pulu mənimsəmişdir.
Əgər hesablama palatası bu məsələ ilə bağlı ciddi yoxlamalar aparsa, daha artıq yeyintilərərin olması üzə çıxacaqdır.
Zəfər Qurbanov əgər bundan sonra da 2 il müddətindən biraz da artıq qalarsa, univeristet məhv olacaqdır.
Univeristetin bütün müəllim və tələbə heyəti sabiq rektor İbrahim Cəfərovun atasına rəhmət oxuyur.
Z.Qurbanov Univeristetə gəldiyi gündən hazırda rektor həbsdə olan Şəmkir rayon sabiq icra başçısı Alimpaşa Məmmədovun kadrlar işinə baxan və yaxını hesab olunan Günel xanımı ADAU-ya insan resursları şöbəsinə müdir təyin etdi.
Bir müddət keçdikdən sonra işə götürülənlərdən, alınan rüşvətin bölünməsindən narazılıq edərək vəzifəsindən istefa verdi... Lakin ortada kifayət qədər müəmmalı iddialar qalmış oldu..."
ARDI MÜTLƏQ VAR... Bizi izləməyə davam edin...
Zəfərə QURBAN verilən ADAU... - AXI NİYƏ?
Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Sizin reklam burada
Sizin reklam burada
Xəbər lenti