
Xırdalan şəhərində yerləşən AAF Park Xırdalan MMC-də gündüz növbəsində sanitar təlimçi və dezinfeksiya işlərinə nəzarətçi vəzifəsində işləyən Nəzmiyə Məmmədovanın şirkət tərfindən necə zəhərlndiyinin həqiqətləri ortaya çıxıb. Bu barədə Məmmədova Nəzmiyə Güləli qızı özü redaksiyaya mürəciət ünvanlayıb.
Paytaxt.org Məmmədova Nəzmiyə Güləli qızıdan "Tehsilmedia.az"-a daxil olan mürəaciəti olduğu kimi oxuculara təqdim edir.
"Mən Məmmədova Nəzmiyə Güləli qızı 2014-cü il 1 iyul tarixində Xırdalan şəhərində yerləşən AAF Park Xırdalan MMC-də gündüz növbəsində sanitar təlimçi və dezinfeksiya işlərinə nəzarətçi vəzifəsində qanuni şəkildə işə götürülmüşəm. 4 il ərzində fasiləsiz olaraq həmin vəzifələrdə çalışmışam. Rəsmi iş saatlarım 09:00–18:00 olsa da, şirkət rəhbərliyinin tapşırığı ilə gecə saatlarında – 24:00-dan 04:00-a qədər – zəhərli kimyəvi maddələrlə işləməyə məcbur edilmişəm. Gecə-gündüz iş rejimi davam etdirilib. İşdən çıxarıldıqdan sonra bilmişəm ki, gecə növbəsində işləməyim qeyri-qanuni olub .
Bildirir əm ki, 19 dekabr 2017-ci il tarixində dezinfeksiya prosesinə nəzarət etdiyim zaman AAF Parkın ərazisində aparılan dərmanlama işləri nəticəsində kimyəvi maddələrdən zəhərləndim. İş yoldaşları tərəfindən Abşeron Rayon Təcili Tibbi Yardım Şöbəsinə aparıldım. Təcili yardımın müşayiəti ilə Toksikologiya şöbəsinə yerləşdirildim. Orada 19–20 dekabr tarixlərində tibbi müdaxilə olunsa da, vəziyyətimin ağır olduğunu bildirmələrinə baxmayaraq, məni ambulator müalicəyə buraxdılar.
20 dekabr 2017-ci ildə iş yerinin kadrlar şöbəsi tərəfindən işə çağırıldım. Zəhərlənmə sonrası ağır vəziyyətdə idim, həkim sənədimi də təqdim etdim. Mənə “dincəl, sənə kömək edəcəyik, yüngül işə keçirəcəyik” deyilərək aldatdılar və mənim öz ərizəmlə guya işdən azad edildiyim sənədləşdirildi. Həmin vaxt vəziyyətim ağır olduğundan, fosfor tərkibli maddələrdən zəhərləndiyim üçün nə baş verdiyini tam anlayacaq halda deyildim.
Ambulator müalicədən sonra maddi vəziyyətim ağır olduğu üçün işə qayıtmalı oldum, lakin işə buraxılmadım və müxtəlif bəhanələrlə get-gələ salındım. Əmək kitabçama hansı maddənin vurulduğundan da xəbərim olmayıb. Sağlamlıq vəziyyətim ağır idi, heç nəyə nəzarət edə bilmirdim.
Daha sonra məsələ ilə bağlı Abşeron Rayon Məhkəməsinə müraciət etdim. Oradan şikayətim Sumqayıt Apellyasiya Məhkəməsinə, daha sonra isə Bakı Şəhər Ali Məhkəməsinə göndərildi. Ancaq iddia müddətini qanunda nəzərdə tutulmuş vaxtda təqdim edə bilmədiyim üçün müraciətlərim təmin olunmadı. Həm xəstə vəziyyətdə olmam, həm də işdən hansı maddə ilə azad edildiyimi bilməməyim səbəbindən iddia müddətini keçmişəm.
Daha sonra Dövlət Əmək Müfəttişliyi Xidmətinə müraciət etdim. Müfəttişlər tərəfindən işə bərpa olunmağım üçün şirkət rəhbərliyi ilə danışıqlar aparıldı. Şirkət əvvəl razılıq versə də, sonradan verdiyi vədə əməl etmədi. Əmək Müfəttişliyi mənə bildirdi ki, təqdim edilən rəylə Əmək Məcəlləsinin 294-cü maddəsi əsasında məhkəməyə müraciət etmək hüququm var.
Mən 6 il ərzində bütün instansiyalardan keçdim, lakin iddialarım təmin olunmadı. Hazırda yenidən Abşeron Rayon Məhkəməsinə müraciət etmişəm, lakin iddia müddətini keçdiyim üçün qəbul edilmir. İşdən çıxarılma maddəsinə görə heç bir işlə təmin olunmuram.
Zəhərlənmə faktı tibbi sənədlərlə təsdiq edilsə də, ekspertiza tərəfindən təsdiqlənsə də, müraciətlərimə hüquqi qiymət verilməmişdir. Səhətimdə davamlı nevroloji, kardioloji, psixoloji və mədə-bağırsaq problemləri yaranmışdır.
Qeyd etmək istəyirəm ki, gecə növbəsində işlədiyim müddətdə dəfələrlə təcili tibbi yardıma müraciət edib stasionar müalicələr almışam amma məsələnin mahiyyəti mənə izah edilməmişdir. Toksikologiya şöbəsində yatdığım müddətdə mənə vəziyyətinin dəfələrlə pisləşməsi və səhhətində yaranan problemlərin məhz bu zəhərli maddələr hesabına olduğunu bildirmişlər. Vəziyyətinin çox ağır olduğunu və vaksinsiz işləməyin çox böyük təhlükə olduğunu bilmirmişdilər. Təhlükəsizlik təmin edilməmiş işləməyin zərərləri izah edilmişdir. İndi də Qarayevdə Ağciyər İnstitutunda mütəmadi müalicələr alıram. Hansı ki mən işə qəbul olunanda Abşeron Dövlət Xəstəxasından sağlamlıq haqqında arayış almışam və tam sağlam şəkildə işə başlamışam. Amma dəfələrlə mən səhhətimdə görə müalicə üçün bülletenlər təqdim etdikdə, kağızı qəbul etməyib "guya" hörmət edib mənim maaşımı tam şəkildə ödəyiblər. İndi bilmişəm ki, hörməti nə üçün ediblərmiş.
Toksikologiyada zəhərlənmədən yatdığım müddətdə şöbədən Daxili İşlər Nazirliyinin qaynar xəttinə məlumat verilmiş, ordan da ABŞERON polis İdarəsinə bu haqda məlumatlar daxil olmuşdur. Polis və Prokurorluq işçiləri bu haqda iş yerimə gələrək izahat alıb söhbət aparmış, amma bu haqda mənə məlumat verilməmişdir.
Mən polis idarəsinə dəvət olunmamışam, guya özüm səhlənkarlıqdan zəhərlənmişəm kimi qələmə verilmişəm. Bu haqda dəfələrlə rəsmi qurumlara müraciət etsəm də, kimsə məni dindirməmiş və məsələni aydınlaşdırmamışdır. Nəhayət Azərbaycan Respublikasının Prezident Administrasiyasının rəsmisi Polad Ələsgərovun qəbulunda olduqdan sonra Abşeron Rayon Baş Prokurorluğundan nəhayət dəvət edib məni dindiriblər və bundan sonra 22 dekabr 2022-ci ildə qərar qəbul edib və 5 yanvar 2023-cu ildən Abşeron Rayon Məhkəmə Tibbi Ekspertizasından keçərək kimyəvi maddələrdən zəhərlənmə öz təsdiqini tapmışdır.
Bütün qurumlara rəsmi şəkildə müraciət etsəm də Akt verilməmişdir. Xahiş edirəm aidiyyatı qurumlar mənə akt verilməsini təmin etsinlər..."
Redaksiya olaraq ümid edirik aidiyyatı qurumlar Nəzmiyə Məmmədovanın səsinə səs verib, ona dəstək olacaqlar.
