» » Alı Alıyevin qohum-əqrəba imperiyası - SİYAHI

Alı Alıyevin qohum-əqrəba imperiyası - SİYAHI

Alı Alıyevin qohum-əqrəba imperiyası - SİYAHI


Füzulinin icra başçısı rayondakı bütün vəzifələri özünün və Əhməd Əhmədzadənin qohumları arasında bölüşdürüb Azərbaycanda vəzifə başına keçənlər, ilk növbədə özlərini, sonra qohum-əqrəbalarını, ən sonda isə əhalini düşünməyə başlayırlar. Politika.Az xəbər verir ki, Füzulinin icra başçısı Alı Alıyev də bu sırada olanlardandır. 2011-ci ildə prezidentin sərəncamı ilə Füzuli rayonuna icra başçısı təyin olunan Alı Alıyev dərhal bütün idarə və müəssisələrinə özünün və Əhməd Əhmədzadənin kadrlarını yerləşdirməyə başlayıb. Həmin adamların əsas funksiyası isə pul toplayaraq, icra başçısını çatdırmaqdan ibarətdir. Nəzərinizə çatdıraq ki, Alı Alıyev Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadənin kadrlarından sayılır. Zaman içində buraxdığı səhvlərdən dolayı ASC sədrinin ondan imtina etdiyi deyilir. Hazırda Alıyevin sığınmaq üçün himayədar axtardığı da verilən məlumatlar sırasındadır. Politika.Az xəbər verir ki, Alı Alıyev və Əhmədzadənin kadrları aşağıdakılardır. 1. Xəqani Məmmədov. Füzuli rayon Polis Şöbəsinin rəisi. Əhməd Əhmədzadənin bacısının kürəkəni. 2. Vaqif Quliyev. Füzuli rayon Məhkəmə Qərarlarının İcrası Şöbəsinin rəisi. Alı Alıyevin bacanağıdır. Oğlanları vəhhabiliyi qəbul ediblər. İŞİD-lə bağlantılı olduqlarına dair iddialar var. Hazırda onlardan biri həbsdədir. Bunu Füzuli rayonunda bilməyən yoxdur. Elə Alı Alıyevdə durumun qəlizliyini görərək, onu işdən çıxarıb, Şuşa Şəhər Məhkəmə Qərarlarının İcrası şöbəsinə yerini dəyişdirib. 3. Teymur Piriyev: Rayonda keçirilən bütün tenderlər və maliyyə əməliyatları yalnız bu adamın nəzarəti altında reallaşa bilər. Piriyev Alı Alıyevin həyat yoldaşının əmisinin nəvəsidir. 4. Nazim Əliyev: Bu adam da Alı Alıyevin həyat yoldaşının əmisinin bir digər yeznəsidir. Rayonda gedən bütün tikinti və abadlıq işləri onun əlindən keçir. Yol çəkilişinə nəzarət də bu adamdadır. Nazim Əliyevin «xobbisi» isə məktəblərə direktor və ya direktor müavini təyin etməkdir. Çünki Füzuli rayonundakı bütün orta məktəblərdə ya direktor, ya da müavin onun adamlarıdır. Bununla bağlı konkret misallar da çəkmək olar. Məsələn, Nazim Əliyevin dayısı qızı Rəna Ağayeva Qayıdış 2 saylı məktəbin direktorudur. Və ya baldızının qızı, əslən Qazaxdan olan, amma Füzuli rayonunda yaşayan İlahə Novruzova Bakıda yerləşən 3 saylı məktəbin direktorudur. Adları çəkilən direktorlar 5 ildir Təhsil Nazirliyinin test imtahanlarından keçə bilmirlər. Sizcə, bu məktəblərdə hansı keyfiyyətli təhsildən danışmaq olar? 5. Adil və Gündüz. Hər iki şəxs Alı Alıyevin əmisi oğludur. İkisi də Füzuli rayonunda icra nümayəndələridirlər. 6. Əhməd Əsgərov: Füzuli rayon Meliorasiya və Su İdarəsinin müdiridir. Yanvar aksiyalarının aktiv təşkilatçılarından biri hesab olunur. Alı Alıyevin bisisi oğludur. 7. Elvira Alıyeva. Alı Alıyevin qızıdır. Adı illərlə işdə gedib, aybaay maaş alsa da, özünü bir dəfə də olsun görən olmayıb. Çünki Elvira xanım Moskvada yaşayır, amma adı 48 saylı orta məktəbdə gedir. Həmin məktəbin direktoru Şəfaət Hacıyeva onu mələklər kimi qorumaqdadır. 8. Mənsurə Ağayeva. Əhməd Əhmədzadənin baldızı. Füzuli rayon Təhsil Şöbəsinin mühasibidir. 9. Zaur Aslanov. Füzuli rayon Maliyyə İdarəsinin rəisi. Hamı onu Alı Alıyevin «vuran ürəyi» kimi xarakterizə edir. Çünki Əliyev rayonda aparılan bütün əməliyyatların başında durmaqla yanaşı, həm də pul yığımı prosesini ustalıqla həyata keçirir. O, 1986-cı il təvəllüdlüdür. Əhmədzadənin müavini Rafiq Quliyevin qardaşı oğludur. Alı Alıyev üçün pul yığmaqdan tutmuş, sənəd düzəltməyə qədər hər işi görür. Bu həmin Zaur Aslanovdur ki, indiyə qədər Füzuli rayon Mərkəzi Xəstəxanasının baş həkimi, rayon Təhsil Şöbəsinin müdirinin işdən çıxarılmasının əsas səbəbkarıdır. Hazırda isə eyni əməliyyatı Füzuli Mədəniyyət və Turizm Şöbəsinin müdiri üçün həyata keçirir. 10. Ramella Məmmədova: Bu adam təhsildən heç bir xəbəri olmayan, təcrübəsiz biridir. Amma 200 min manat verərək, sözügedən postu ələ keçirə bilib. Eyni zamanda, Alı Alıyevin yeznəsinin əmisinin həyat yoldaşıdır. Politika.Az xəbər verir ki, bu siyahını daha da uzatmaq olar. Amma oxucularımızı çox yormadan bildiririk ki, hazırda Füzuli rayonu məhz bu yarıtmaz kadrların səriştəsizliyinin qurbanına çevrilib. Onların idarəçilik qabiliyyətləri rayonu iflic vəziyyətinə salıb. İcra başçısı Alı Alıyevin bir xasiyyəti daha var. Onun yaxın qohumunun vəzifə başında olması mühüm deyil. Ona görə ki, həmin şəxs sədaqətli olmalı, vaxtında tələb olunan məbləği yığmalı və vaxtında çatdırmağı bacarmalıdır. Onun prinsipilərinə zidd gedənlər istənilən vaxt şərlənə, işdən çıxarıla, hətta həbs oluna bilər. Yazıda adları keçən şəxslərin mövqeyini dərc etməyə hazırıq


FİMAZ
Oxşar xəbərlər
«    Noyabr 2018    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
Mədəniyyət