Главная > gundem, siyaset, yuxari > Əli Əhmədov: "Azərbaycana ləkə yaxmaq istəyənlər vicdanlarını itirmiş ünsürlərdir"

Əli Əhmədov: "Azərbaycana ləkə yaxmaq istəyənlər vicdanlarını itirmiş ünsürlərdir"


6-02-2019, 14:54. Разместил: vasif
Əli Əhmədov: "Azərbaycana ləkə yaxmaq istəyənlər vicdanlarını itirmiş ünsürlərdir"
















“Qaragüruhçu müxalifət və bu gün Avropada antiazərbaycançı şəbəkənin buyruq quluna çevrilmiş sapı özümüzdən olan baltalar sosial şəbəkələrin imkanlarından sui-istifadə edərək Azərbaycanın mövcud reallıqlarını təhrif edirlər. Amma bunun da bir fayda vermədiyini görürlər. Çünki neçə ildir yalan, böhtan atmaqla insanların düşüncələrini zəhərləmək niyyətlərinin baş tutmadığını anlayırlar”.
Bunu Baş nazirin müavini, hakim Yeni Azərbaycan Partiyası (YAP) İcra katibi - sədr müavini Əli Əhmədov deyib.

O qeyd edib ki, həmin şəxslər mənəviyyatsız addımlara əl atır, insanlara qarşı mənəvi terror həyata keçirirlər: “Ləyaqət və etika anlayışı ilə bir araya sığmayan ifadələr işlədərək ayrı-ayrı insanları mənəvi terrora məruz qoymaqdan ibarət bir yol seçiblər. Ləyaqətli insanlara, Azərbaycan dövlətinə və onun başçısına qarşı mənəviyyatsız hərəkət edirlər. Azərbaycana ləkə yaxmaq istəyənlər, ölkə rəhbərinə böhtan atanlar əslində vicdanlarını itirmiş ünsürlərdir. Bununla da onlar ölkə üçün əslində qara ləkəyə çevriliblər. Lakin bu cür ləyaqətsiz hərəkətlər insanların düşüncəsinə təsir etmək gücünə malik deyil. Çünki onların belə əməlləri sağlam düşüncəli hər kəsi qıcıqlandırır, qəzəbləndirir.
Ə.Əhmədov vurğulayıb ki, bu təhqirlərə və mənəvi terrora bundan sonra da dözmək qeyri-mümkündür: “Hesab edirəm ki, hüquqşünaslar, informasiya texnologiyaları sahəsində mütəxəssislər bu halların qarşısının alınması üçün düşünəcəklər və belə əməllərin təkrarlanmaması üçün bir yol tapılacaq”.
Вернуться назад