Главная > gundem, siyaset, merkez > “Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalı Kürdəmirdə

“Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalı Kürdəmirdə


11-05-2019, 12:46. Разместил: vasif
“Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalı Kürdəmirdə















Mayın 10-da “Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalı çərçivəsində növbəti tədbir Kürdəmir şəhərində reallaşıb.
Rayonun Heydər Əliyev Parkında təşkil olunan tədbirdə Kürdəmir Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov, Mədəniyyət Nazirliyinin nümayəndələri, habelə regional mədəniyyət idarələrinin rəisləri və mədəniyyət işçiləri, rayon sakinləri iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər gül-çiçək dəstələri düzüblər.
Sonra Mədəniyyət Nazirliyinin regional mədəniyyət idarələrini əhatə edən rayon və şəhərlərin iştirakı ilə “Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalının sərgi çadırları ilə tanış olublar.
Sərgidə metalişləmə sənətinin fərqli texnika və üsulları ilə hazırlanan misgərlik nümunələri, məişət qabları, kəlağayılar, bədii tikmənin bir çox növünə aid zərif naxışlı tikmələr, çay daşları və ağac, muncuq, kağız və digər materiallardan hazırlanan bəzək əşyaları, həsirdən hörmə, toxuma əl işləri, ağacoyma və dulusçuluq və s. sənət növlərinə aid yaradıcılıq nümunələri sərgilənib.
Yaradıcılıq festivalında Ümummilli Lider, Heydər Əliyevin anadan olmasının 96 - cı ildönümü münasibəti ilə “Xalq Heydər söyləyəcək”, “Azərbaycan” mahnıları kimi digər vətənpərvərlik ruhunda olan ifalar səsləndirilib.
Bundan başqa, qiraət ustalarının təqdimatında “Sən elə bir zirvəsən” adlı kompozisiyada nümayiş olunub.
Mədəniyyət bayramının zəngin proqramını aktyorların təqdimatında dahi Azərbaycan şairi İmadəddin Nəsimi obrazının canlandırılması, nağıl qərəmanlarının səhnələşdirilməsi maraqlı edib.
Daha sonra festival Beyləqan Mədəniyyət Mərkəzinin “Yaylalar” folklor qrupunun biri-birindən maraqlı rəqs nümunələri ilə davam edib.
Əlavə olaraq qeyd edək ki, festivalda 2019-cu ilin “Nəsimi İli” elan edilməsi ilə əlaqədar olaraq yerli şair və yazıçıların, publisistlərin əsərlərindən ibarət kitab guşəsi də qurulub.
Festivalda sənətkarlar arasında fiziki imkanları məhdud incəsənət ustalarının da yaradıcılığına yer verilib. Oymaçı rəssam Asif Qasımov hazırladığı sənətkarlıq nümunələri ilə qonaqların diqqət mərkəzində olub.
Yaradıcılıq Festivalının konsert hissəsində hər bir regional idarə üzrə folklor qrupları, yerli incəsənət və bədii özfəaliyyət kollektivləri konsert proqramı ilə çıxış ediblər. Təqdim olunan rəngarəng musiqi nömrələri, rəqslər tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
Tədbirin sonunda Kürdəmir Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov çıxış edərək festivalın əhəmiyyətini yüksək qiymətləndirib. Bildirib ki, festival Azərbaycanın bütün regionlarının mədəni zənginliyi, sənətkarlıq irsi və incəsənəti ilə tanış olmağa, bölgələr arasındakı mədəni mübadiləni gücləndirməyə, eləcə də yeni təşəbbüslərə zəmin yaradır. O, vurğulayıb ki, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin layihəsi olan “Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalı 10 may Ulu Öndərin 96- cı ildönümündə Kürdəmir şəhərində keçirilir. İlk öncə sizləri Ulu Öndərimiz Heydər Əliyevin 96 illik doğum günü münasibəti ilə səmimi qəlbdən təbrik edirəm, bu gözəl bayram ərəfəsində sizə xoşbəxtlik və yeni-yeni uğurlar arzulayıram. Bu günlər Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-ci ildönümü ölkənin hər bir bölgəsində təntənəli surətdə qeyd edilir.Bizim bu günki tədbirimizə Mədəniyyət Nazirliyinin layihəsi olan “Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalı da qoşulub və bu günümüzü daha maraqlı etmişdir.
“Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalı atəşfəşanlıqla yekunlaşıb.“Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalı Kürdəmirdə“Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalı Kürdəmirdə“Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalı Kürdəmirdə“Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalı Kürdəmirdə“Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalı Kürdəmirdə“Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalı Kürdəmirdə“Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalı Kürdəmirdə
Вернуться назад