Главная > gundem, tehsil > Nurlana xanım Əliyeva: BSU tələbələrini fərqləndirən cəhət onların təşəbbüskarlığı və kreativliyidir

Nurlana xanım Əliyeva: BSU tələbələrini fərqləndirən cəhət onların təşəbbüskarlığı və kreativliyidir


20-05-2019, 11:18. Разместил: vasif
Nurlana xanım Əliyeva: BSU tələbələrini fərqləndirən cəhət onların təşəbbüskarlığı və kreativliyidir













































Jurnalistin ağlına nə gəldi qələmdə alır, Yel qayadan nə apara bilərli...Bakı Slavyan Universitetinin rektoru Nurlana xanım Əliyeva

Bakı Slavyan Universitetinin bügunkü uğurları

Bakı Slavyan Universitetinin rektoru Nurlana Əliyeva - Bugünkü şəraitdə hər bir universitetin uğurlu fəaliyyəti öz əlindədir. Adambaşına maliyyələşmə prinsipinin tətbiqi, tələbə qəbulu planının müəyyənləşdirilməsində universitetlərin rəyinin əsas götürülməsi, bu gün ali məktəblərə beynəlxalq əməkdaşlıq, yaradıcı layihələr üçün gözəl şəraitin yaradılması universitetlərə öz fəaliyyətini yeni relslər üzərində qurmağa imkan verib.

Nurlana xanım Əliyeva: BSU tələbələrini fərqləndirən cəhət onların təşəbbüskarlığı və kreativliyidir







Universitetimizdə son bir il yarım müddətində bir sıra aktual məsələlərə həsr olunmuş 20-dən çox elmi, elmi-praktik konfrans keçirilib. Bu konfransların işində ikitərəfli müqavilələr əsasında Rusiyanın 30-dək tanınmış universitetinin, Türkiyənin Qazi, Uludağ, Qafqaz, Ankara, Akdeniz, Almaniyanın Humboldt, İngiltərənin Kembric, Oksford universitetlərinin professorları iştirak ediblər. Rusiya, Bolqarıstan, Ukrayna, Belarus, Polşa, Çexiya və digər slavyan ölkələrinin, eləcə də Yunanıstanın tanınmış simaları, dövlət xadimləri universitetimizin qonağı olublar. Ötən tədris ilində keçirdiyimiz iki beynəlxalq elmi konfransın əhəmiyyətini xüsusi vurğulamaq istəyirəm. BSU və Beynəlxalq Rus Dili və Ədəbiyyatı Müəllimləri Assosiasiyasının (MAPRYAL) birgə qrant layihəsi əsasında təşkil edilmiş və respublikamızda rus dilinin tədrisi, rusdilli məktəblərin problemlərinə, o cümlədən, tədris vəsaitlərinin hazırlanmasına həsr olunmuş beynəlxalq konfransda Rusiya Təhsil Akademiyasının və MAPRYAL-ın prezidenti ilə yanaşı, 30-dək xarici mütəxəssisin iştirakı geniş müzakirələrə meydan açdı. İkinci vacib tədbir milli kimlik məsələsinə həsr edilmişdi. Bu beynəlxalq konfransı BSU qrant layihəsi əsasında Kembric Universiteti ilə birgə keçirib.

Nurlana xanım Əliyeva: BSU tələbələrini fərqləndirən cəhət onların təşəbbüskarlığı və kreativliyidir









Universitet həyatını daha maraqlı edən tələbə təşkilatlarının fəaliyyəti, tələbələrin iştirakı ilə hazırlanan və keçirilən saysız-hesabsız kütləvi tədbirlərdir. Fəxrlə deyə bilərəm ki, akt zallarımız, tədris-mədəniyyət mərkəzlərimiz, konfrans zallarımız bir gün də olsun boş qalmır. BSU tələbələrini fərqləndirən cəhət onların təşəbbüskarlığı və kreativliyidir. Universitet rəhbərliyi onların bütün təşəbbüslərini dəstəkləyir və istiqamətləndirir.

İmtahanların şəffaflığı

Bakı Slavyan Universitetinin özünəməxsus fəaliyyəti həm də onun yaranış tarixi ilə bağlıdır. Öncə onu deməliyəm ki, 1946-cı ildən fəaliyyət göstərən Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutunun bazasında Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Bakı Slavyan Universiteti yaradılmışdır. Bu gün Bakı Slavyan Universitetinin Bolqarıstan, Yunanıstan, Polşa, Çexiya, Belarus, Ukrayna, Rusiya və digər ölkələrin universitetləri ilə sıx əlaqələri, o cümlədən, tələbə-müəllim mübadiləsi mövcuddur; bu ölkələrin universitetləri ilə birgə beynəlxalq tədbirlərin keçirilməsinə, idarəetmə və tədrisdə elektron fəaliyyətin tətbiqi məsələlərinə son dövrdə daha çox diqqət verilir. Həyata keçirdiyimiz tədbirlərin əsas məqsədi bugünkü gəncliyi kamil vətəndaşlar kimi formalaşdırmaq, onların yiyələnəcəkləri peşəyə dərindən bələd olmalarına şərait yaratmaqdır.

Nurlana xanım Əliyeva: BSU tələbələrini fərqləndirən cəhət onların təşəbbüskarlığı və kreativliyidir








Hər bir ali məktəbin səviyyəsi yəqin ki, ilk növbədə, onun hazırladığı kadrların səviyyəsi ilə ölçülür. Müəllimlərimiz çalışırlar ki, tələbələrimizin yüksək hazırlıq səviyyəsinə müasir təlim texnologiyalarının, yeni yanaşma və innovasiyaların geniş tətbiqi hesabına nail olsunlar. Həm də bu gün hər bir tələbəmiz çox yaxşı bilir ki, imtahanlarda qiymətləndirilmənin yeganə meyarı bilikdir. Buna görə də obyektivliyi, ədalətli qiymətləndirməni təmin etmək məqsədilə imtahanlar video-kameralarla, ağıllı lövhələrlə təchiz edilmiş auditoriyalarda keçirilir. Valideynlər evdən övladlarının imtahanlarını onlayn izləyə bilirlər. İmtahanda iştirak edən nəzarətçilər qeyri-ixtisas müəllimləridir. Yoxlama prosesində tələbələrə dərs deyən müəllimlərin özləri iştirak etmirlər. İmtahanların cavabları elə həmin gün universitetin saytına yerləşdirilir. Sessiya dövründə İmtahan qərargahı fəaliyyət göstərir, hər bir fakültənin nəzdində Münaqişə komissiyası, eyni zamanda, universitet üzrə Münaqişə komissiyası fəaliyyət göstərir. Qiymətlərindən narazı olan tələbələr bu komissiyalara müraciət edirlər. Tələbələrin valideynləri də komissiyaya müraciət zamanı İmtahan qərargahında iştirak edə bilirlər. Onlar imtahanların tam şəffaf, obyektiv keçirilməsinə əmin olurlar.

Universitetin hazırladığı kadrlar mövcud əmək bazarının tələblərinə cavab verir

Universitetimiz özünəməxsus və unikal ixtisaslar üzrə mütəxəssis hazırlığını həyata keçirir. Slavyan ölkələri üzrə regionşünaslar, slavyan dilləri üzrə tərcüməçilər, təhsil rus dilində aparılan Azərbaycan məktəbləri və məktəbəqədər təlim müəssisələri üçün məzunlarımıza ciddi ehtiyac duyulur. Biz məzunlarımızın əmək bazarında yer tutması üçün mütəxəssis hazırlığı məsələlərinə kompleks yanaşma tətbiq edirik. Təkcə tədris prosesinin müasir tələblər baxımından yüksək səviyyədə qurulması ilə iş bitmir. Keçən tədris ilində Tədris şöbəsinin bazasında Təcrübə və məzunların karyera inkişafı şöbəsini yaratdıq. Məqsəd əmək bazarının tələblərinə uyğun mütəxəssis hazırlığı proqramlarını hazırlamaq, pedaqoji və istehsalat təcrübələrini yüksək səviyyədə təşkil etmək, baza müəssisələri, bizə maraqlı olan təşkilatlarla sıx əlaqələr formalaşdırmaqdır.


Nurlana xanım Əliyeva: BSU tələbələrini fərqləndirən cəhət onların təşəbbüskarlığı və kreativliyidir
Вернуться назад