Главная > gundem, bolge, merkez > Kürdəmir Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov Cəyli kəndində səyyar qəbul keçirib

Kürdəmir Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov Cəyli kəndində səyyar qəbul keçirib


30-05-2019, 12:35. Разместил: vasif
Kürdəmir Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov Cəyli kəndində səyyar qəbul keçirib














Mayın 30-da rayonun Cəyli kəndində Kürdəmir Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərovun növbəti səyyar qəbul-görüşü keçirilib.
Qəbulda rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri və Cəyli kənd inzibati ərazi dairəsinə daxil olan Şahbəyli, Bala Kəngərli, Cəyli və Ucarlı kəndlərinin sakinləri iştirak ediblər.
Kənd sakinləri ilə görüşü giriş nitqi ilə açan Kürdəmir Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov bu cür görüşlərin ölkə Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə mütəmadi olaraq yerlərdə davam etdirildiyini diqqətə çatdırıb. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında rayonun sosial-iqtisadi inkişafı sahəsində görülən işlərin Cəyli kənd inzibati ərazi dairəsində də uğurla həyata keçirildiyini qeyd edən Rayon İcra Hakimiyyətinin Başçısı bu işlərin bundan sonra da görüləcəyini, kənd sakinlərinin müraciət və təkliflərinin daim diqqət mərkəzində saxlanacağını bildirib.
Səyyar qəbulda iştirak edən kənd sakinləri çıxış edərək kəndə gələn kanalın lildən təmizlənməsi, istismar müddətini başa vurmuş elektrik naqillərinin və dirəklərinin dəyişdirilməsi , təbii qaz təchizatı, örüş sahəsinin ayrılması, taxıl biçini üçün kombaynların təmin edilməsi, təhsil, səhiyyə və digər problemlərinin həllinə köməklik göstərilməsini xahiş ediblər. Bütün bunlar nəzərə alınaraq qaldırılan məsələlərin həll olunması üçün rayon İcra Hakimiyyətinin Başçısı yerindəcə aidiyyatı təşkilatların rəhbərlərinə göstəriş və tapşırıqlarını verdi.
Kənd sakinləri öz çıxışlarında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin daxili və xarici siyasətini yekdilliklə bəyəndiklərini, eləcə də Respublikamızda diqqəti cəlb edən sosial-iqtisadi inkişafdan böyük fəxr duyduqlarını dərin razılıq hissi ilə bildirmiş, dövlət başçımızın Kürdəmir rayonuna göstərdiyi xüsusi diqqət və qayğını yüksək qiymətləndiriblər.
Sonda Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov qaldırılan məsələlərin operativ həll edilməsi ilə əlaqədar aidiyyatı üzrə xidmət təşkilat rəhbərlərinə müvafiq tapşırıqlarını verdi.Kürdəmir Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov Cəyli kəndində səyyar qəbul keçiribKürdəmir Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov Cəyli kəndində səyyar qəbul keçiribKürdəmir Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov Cəyli kəndində səyyar qəbul keçiribKürdəmir Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov Cəyli kəndində səyyar qəbul keçiribKürdəmir Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov Cəyli kəndində səyyar qəbul keçirib
Вернуться назад