Главная > gundem, bolge, merkez > Qarasu kəndində səyyar qəbul keçirilib

Qarasu kəndində səyyar qəbul keçirilib


5-09-2019, 12:58. Разместил: vasif
Qarasu kəndində səyyar qəbul keçirilib

Sentyabrın 5-də Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərovun rayonun Qarasu kəndində əhali ilə növbəti səyyar görüş-qəbulu keçirilib.
Qarasu kənd sakinləri ilə görüş-qəbulda rayon icra hakimiyyətinin məsul işçiləri, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və xidmət təşkilatlarının rəhbərləri iştirak ediblər.
Qəbulda giriş nitqi ilə çıxış edən Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov rayonun Qarasu kənd inzibati ərazi vahidliyində də xeyli abadlıq, quruculuq, təmir-bərpa işlərinin aparıldığını, bütün potensial imkanlar nəzərə alınmaqla bir çox layihələrin uğurla icra olunduğunu, sakinlər tərəfindən qaldırılan problemlərin həlli istiqamətində daim tədbirlərin görüldüyünü diqqətə çatdırdı. Rayon rəhbəri vurğulayıb ki, Şilyan-Qarasu avtomobil yolunun tikintisi ilə vətəndaşların gediş-gəlişi, yük və sərnişin daşınması daha da asanlaşıb, ən əsası bölgədə kənd təsərrüfatının inkişafında geniş imkanlar yaranıb.Rayon rəhbəri 29 yanvar 2019-cu il tarixdə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda Təhsil müəssisələrinin əsaslı təmiri və tikintisi sahəsində Qarasu kəndində 624 şagird yerlik tam orta məktəbinin tikintisinin nəzərdə tutulduğunu, məktəbin yeni binasının inşasına yaxın müddətdə başlanılacağını söylədi.
Kənd sakinlərinin səyyar qəbulda enerji və su təchizatı, suvarma su kanallarının lildən təmizlənməsi, istismar müddətini başa vurmuş elektrik dirəklərinin və naqillərinin dəyişdirilməsi ilə əlaqədar təklifləri və şikayətləri oldu. Hər biri barədə aidiyyatı təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlar verildi. Qaldırılmış məsələlərin çoxu elə qəbul zamanı öz həllini tapdı.
Kənd sakinləri öz çıxışlarında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin daxili və xarici siyasətini yekdilliklə bəyəndiklərini, eləcə də respublikamızda diqqəti cəlb edən sosial-iqtisadi inkişafdan böyük fəxr duyduqlarını dərin razılıq hissi ilə bildirmiş, dövlət başçımızın Kürdəmir rayonuna göstərdiyi xüsusi diqqət və qayğını yüksək qiymətləndiriblər.Kənd sakinləri Şilyan-Qarasu avtomobil yolunun tikintisinə və Qarasu kəndinə təbii qazın verilməsinə görə ölkə rəhbərinə minnətdarlıqlarını bildiriblər.
Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov görüşdə qaldırılan təkliflərin tezliklə həyata keçiriləcəyini əminliklə qeyd edərək, cari məsələlərin həlli üçün müvafiq strukturların rəhbərlərinə konkret tapşırıqlarını verdi.Qarasu kəndində səyyar qəbul keçirilibQarasu kəndində səyyar qəbul keçirilibQarasu kəndində səyyar qəbul keçirilibQarasu kəndində səyyar qəbul keçirilibQarasu kəndində səyyar qəbul keçirilib
Вернуться назад