Главная > gundem, merkez > Kürdəmir rayon Karrar regional kənd xəstəxanasının baş həkimi Məsum Əliyev rəhbərliyin etimadını daim doğruldur

Kürdəmir rayon Karrar regional kənd xəstəxanasının baş həkimi Məsum Əliyev rəhbərliyin etimadını daim doğruldur


6-02-2019, 12:07. Разместил: vasif
Kürdəmir rayon Karrar regional kənd xəstəxanasının baş həkimi Məsum Əliyev rəhbərliyin etimadını daim doğruldur






Azərbaycanın tibb tarixi qədim zamanlardan başlayır. Ancaq elmi təbabətin yaradılması və inkişaf etdirilməsi istiqamətində ilk addımlar XIX əsrin II yarısında atılıb. Bu həmin dövrdə Rusiyanın və digər ölkələrin müxtəlif universitetlərində təhsil almış ilk azərbaycanlı həkimlərin sayəsində mümkün olub. Belə mütəxəssislərdən biri Mirzə Kazım bəydir. 1887-ci ildə «Ürəyin innervasiyasına dair materiallar» mövzusunda dissertasiya müdafiə edərək, doktorluq dərəcəsi almış Mirzə Kazım bəyin terapiya elminin inkişafında, difteriyaya qarşı mübarizədə və s. böyük xidmətləri olub.

Heydər Əliyevin əsasını qoyduğu işlərin bir hissəsi müvəqqəti olaraq təxirə salınsa da, o öz ideyalarını 1993-cü ildə Azərbaycan rəhbərliyinə qayıtdıqdan sonra yenidən həyata keçirməyə başladı.

Həmin ildən səhiyyədə radikal islahatların həyata keçirilməsi üçün zəruri olan qanunvericilik bazası təkmilləşdirildi. 1993-2000-ci illərdə səhiyyə sahəsində bir sıra fundamental qanunlar («Əhalinin sağlamlığının qorunması haqqında», «Qan və onun komponentlərinin donorluğu haqqında», «İnsanın immunçatışmazlığı virusunun törətdi xəstəliyin (AİDS) qarşısının alınması haqqında», «Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında» və s.) qəbul edildi.

Ümummilli liderin başladığı işlər bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilir. Bu gün Səhiyyə Nazirliyi ölkə başçısının sosial yönümlü siyasətini əzmlə və müvəffəqiyyətlə həyata keçirir. Səhiyyədə yeni islahatlar, qanunverici bazanın təkmilləşdirilməsi, təbabətin sosial əhəmiyyətli sahələrində milli fəaliyyət proqramlarının qəbul edilməsi, ölkənin elmi-tibbi potensialının gücləndirilməsi bu gün Azərbaycan səhiyyəsinin əsas inkişaf istiqamətlərindəndir. Hal-hazırda yeni tibb müəssisələrinin tikilməsi, bütün mövcud xəstəxana və poliklinikaların yenidən qurulması və modernləşdirilməsi, yeni avadanlıqlarla təchizatı bugünkü səhiyyəmizin yüksəlişinin təzahürləridir.


Yaxşıya yaxşı demək vicdan borcudur. İstər vəzifə sahibi olsun, istərsədə sıravi, sadə vətəndaş. Mən bu gün bu iki vəhtədi özündə birləşdirən bir azərbaycanlıdan söhbət açacam. O azərbaycanlı ki, ömrünü sadiqliyə və zəhmətə kökləyib, işində yorulmaz şəxs, nümunəvi bələdiyyə sədridir. Bu şəxs kimidir? Bu şəxs hər kəsin dostu Kürdəmir rayon Karrar regional kənd xəstəxanasının baş həkimi Məsum Əliyevdir. Bu insanı hər kəs tanıyır. Hər kəs onuda bilir ki, problemləri ilə qəbuluna gələn vətəndaşlara yardımçı olmağı özünə borc bilən bir vəzifə sahibidir Məsum Əliyev. Bu insan, O qədər məsuliyyətli və diqqətçildirki, hansı yerdə işləməyinə baxmayaraq, həmin yerin tərəqqisi yolunda əlindən gələni əsirgəmir.

Kürdəmir rayon Karrar regional kənd xəstəxanasına gəldiyi gündən Məsum Əliyevin baş həkim vəzifəsini daşıdığı Kürdəmir rayon Karrar regional kənd xəstəxanasında görülən işlərin siyahısına nəzər salanda isə Kürdəmir rayon Karrar regional kənd xəstəxanasında həyata keçirilən genişmiqyaslı işlərin bariz nümunəsini görmək olar.

Kürdəmir rayon Karrar regional kənd xəstəxanasının baş həkimi Məsum Əliyevin adı, Kürdəmir ictimaiyyətinə bəlli bir addır. Xoşbəxt o şəxsdir ki, onu geniş ictimai auditoriya daşıdığı vəzifəsinin öhdəsindən layiqincə gəlmək bacarığına, xeyirxah əməllərinə, ziyalılığına, yaradıcılıq qabiliyyətinin göstəricilərinə və.s-yə görə tanıyıb hüsnü-rəğbət bəsləyirlər..


*****

Karrar kənd xəstəxanası 25 çarpayılıq, doğum evi, 2 həkim, 1 mama,7tibb bacısı 9 təsərrufat işçisindən ibarətdir. Xəstəxana Kürdəmir rayonun Karrar , Ərişəli, Muğanlı, stansiya Karrar, Bağman Sığırlı, Məhərrəmli, Ərəbqubalı cəmi 15000 əhalisi olan ərazi sahə xəstəxanası təşkil edir
Вернуться назад