fim.az

İndoneziyada dəhşət — İlan qadını diri-diri uddu

15-08-2018, 10:13

İndoneziyada dəhşət — İlan qadını diri-diri uddu















İndoneziyanın Sulavesi adasında dəhşətli hadisə baş verib.
“Jakarta Post” qəzetinin xəbərinə əsasən, 8 metrlik piton ilanının qarnından qadın meyiti çıxıb.

Polis bildirir ki, 54 yaşlı Va Tiba evindən 1 km uzaqlıqda yerləşən ərazidə itkin düşüb. Qadın evə qayıtmadığı üçün ailəsi polisə xəbər verib. Vanın bacısı axtarışa çıxıb. O, torpağın üzərində iz, fənər, ayaqqabı və maçete bıçağı aşkar edib.
Qadın yerli sakinlərə müraciət edib. Bir neçə saat sonra mədəsi şişmiş piton ilan tapılıb. Sakinlər ilanı öldürüb qarnını yarıblar. Onun mədəsindən itkin düşən qadın çıxıb.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 422}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22