fim.az

Fransda təyyarə qəzaya uğrayıb, 2 nəfər ölüb

29-07-2018, 12:12

Fransda təyyarə qəzaya uğrayıb, 2 nəfər ölüb














Fransda təyyarənin qəzaya uğraması nəticəsində iki nəfər ölüb.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, hadisə ölkənin şimal-şərqində baş verib.

Təyyarənin göyərtəsində 4 nəfər olub. Ölənlərdən biri təyyarənin pilotu, biri isə sərnişindir. Digər sərnişinlərin durumu barədə məlum verilməyib.

İlkin ehtimala görə, təyyarə havaya qalxdıqdan sonra lazım olan yüksəkliyə qalxa bilməyib və qəzaya uğrayıb.

Hadisə ilə bağlı araşdırma aparılır.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 230}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:0705114400