fim.az

Şimal bölgəsində 1315 hektar ərazi yanıb

31-07-2018, 11:54

Şimal bölgəsində 1315 hektar ərazi yanıb















Son 3 gün ərzində Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzinin ərazisində (Siyəzən, Şabran və digər rayonlarında) meşə və digər ərazilərdə 35 yanğın hadisəsi qeydə alınıb.
Yanğınlar nəticəsində 1315 ha ərazi (meşə ərazisi 5 ha, digər ərazilər 1310 ha) yanıb.

28 iyul 2018-ci il tarixində Siyəzən rayonunun Ərziküş, Köhnə Quşçu kəndləri və Şabran rayonunun Zöhrabkənd kəndi yaxınlığında otlaq sahədə başlamış və küləyin təsirindən meşə ərazisinə (Altıağac dövlət təbiət qoruğunun ərazisi) keçmiş yanğınların yayılmasının qarşısı alınıb.
Hazırda yanğın ocaqlarında müşahidə olunan tüstülənmənin qarşısının alınması üçün tədbirlər davam etdirilir. Havanın küləkli olması yanğınsöndürmə işlərini çətinləşdirir. 29 iyul 2018-ci il tarixində Siyəzən rayonunun Qalaaltı və Şabran rayonunun Çıraqqala kəndlərinin yaxınlığında meşəlik ərazidə baş vermiş yanğınlar söndürülüb. Hazırda yanğın ocaqlarında kəşfiyyət işləri aparılır. Mürəkkəb reylefli yüksək dağ massivində aparılan yanğınsöndürmə işlərinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri, Aviasiya dəstəsinin 2 ədəd “Mi-17” helikopteri və "BE-200 ÇS" amfibiya təyyarəsi, Şimal Regional Mərkəzinin şəxsi heyəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Rayon İcra Hakimiyyətlərinin əməkdaşları və yerli sakinlərdən ibarət könüllülər cəlb olunub.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 517}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22