fim.az

Havanın temperaturu aşağı enəcək, yağış yağacaq — BU GÜNÜN HAVASI

1-08-2018, 10:30

Havanın temperaturu aşağı enəcək, yağış yağacaq — BU GÜNÜN HAVASI















Azərbaycanda bu günə gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Ölkə.Az"a verilən məlumata görə, avqustun 1-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 23-26, gündüz 30-35, Bakıda gecə 24-26, gündüz 33-35 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 40-45 faiz təşkil edəcək.

Abşeron çimərliklərində avqustun 1-də şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba) dəniz suyunun temperaturu 26-27, cənub çimərliklərində isə (Türkan, Hövsan, Sahil, Şıx) 27-28 dərəcə isti təşkil edəcək.
Şimal-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq ki, bu da çimərliklərdə əlverişli şərait yaradacaq.

Azərbaycanın rayonlarında avqustun 1-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin səhər və axşam Böyük və Kiçik Qafqazın bəzi yerlərində şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 21-26, gündüz 33-38, dağlarda gecə 14-19, gündüz 22-27 dərəcə isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoza görə, avqustun 1-də Abşeron yarımadasında bəzi saatlarda rütubətliyin bir qədər çox olması meteohəssas insanlarda narahatlıq hissi yarada bilər


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 344}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22