fim.az

Kaliforniyada meşə yanğınları davam edir — 1000 ev kül oldu

2-08-2018, 13:08

Kaliforniyada meşə yanğınları davam edir — 1000 ev kül oldu















ABŞ-ın Kaliforniya ştatının şimalındakı Reddinq bölgəsində başlayan meşə yanğınları davam edir.
Artıq mindən çox ev yanaraq kül olub.

Rəsmilər bildirirlər ki, Şasta bölgəsində başlayan yanğın 6 nəfərin ölümünə 1058 evin yanmasına səbəb olub. Bu günə qədər əyalətin yanğln büdcəsindən 125 milyon dollar xərclənib.
Bundan başqa 490 kvadrat kilometrlik sahəni cənginə alan yanğın zamanı 488 qeyri-yaşayış binası yanıb.

Hazırda yanğınla mühafizə briqadaları alovu ram etməyə çalışırlar.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 435}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22