fim.az

Bakıda dəhşətli qəza - Yüksək sürətlə hərəkətdə olan "Hyundai" qəza törətdi, ağır yaralılar var

6-08-2018, 12:57

Bakıda dəhşətli qəza - Yüksək sürətlə hərəkətdə olan "Hyundai" qəza törətdi, ağır yaralılar var
















Paytaxtın Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi zamanı 2 nəfər ağır xəsarət alıb.

Report" xəbər verir ki, "90-NU-205" dövlət qeydiyyat nişanlı "Hyundai" markalı avtomobil Alı Mustafayev küçəsində yüksək sürətlə hərəkətdə olan zaman "01-BP-836" dövlət nişanlı "Mercedes" markalı maşına çırpılıb.

Zərbənin gücündən hər iki avtomobil beton arakəsməyə dəyib. Nəticədə "Hyundai"da olan iki nəfər ağır xəsarət alıb.

Yaralılar 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Həkimlərin verdiyi məlumata görə, hər iki yaralı açıq kəllə-beyin travması alıb. Hazırda onların vəziyyəti ağır kimi qiymətləndirilir.

Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları hadisə yerinə cəlb edilib.

Fakt araşdırılır.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 150}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel: (+99455) 252 72 22