fim.az

Restoran almaq adı ilə sevgilisinin 100 min manatını “yedi”

7-08-2018, 14:13

Restoran almaq adı ilə sevgilisinin 100 min manatını “yedi”
















Bakıda sevgilisi tərəfindən aldadılan qadın polisə şikayət edib.
1978-ci il təvəllüdlü E.Rəsulova Yasamal RPİ-nin 26-cı Polis Bölməsinə müraciət edərək bildirib ki, qeyri-rəsmi yaşadığı 1956-cı il təvəllüdlü M. Seyidov bu ilin yanvar ayında restoran almaq adı ilə ondan 100 min manat pul alıb və qısa müddətdə qaytarmağına söz verib. Hətta şirin vədlər verərək bildirib ki, gələcəkdə restoranın gəlirindən ona əlavə pul da verəcək. Sevgilisinin vədlərinə inanan Rəsulova külli miqdarda pulu versədə nə restoran alınıb, nə də pul qayıdıb. Aldadıldığını başa düşən qadın ümüdini hüquq-mühafizə orqanlarına bağlayıb.
Faktla bağlı Yasamal RPİ-də araşdırmalara başlanılıb, M. Seyidovun izahatı alınıb. Əgər Seyidovun günahı sübut olunarsa ona qarşı cinayət məcəlləsinin 178 (dələduzluq) maddəsi ilə cinayət işi başlanacaq.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 349}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22