fim.az

Axtarışda olan 25 nəfər saxlanıldı

21-10-2018, 10:16

Axtarışda olan 25 nəfər saxlanıldı
















Sentyabrın 22-dən 24-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat açıqlanıb.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 181 cinayət faktı qeydə alınıb, onların da 25-i “isti izlər”lə açılıb. Əvvəlki dövrlərdən bağlı qalmış 12 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 25 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 3 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 5 nəfər ölüb, 2 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 10, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 42 nəfər saxlanılıb.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 152}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel: (+99455) 252 72 22