fim.az

Novosibirsk-Bakı reysində həyəcanlı anlar — Sərnişin təyyarəni partlatmaqla hədələdi

26-09-2018, 11:59

Novosibirsk-Bakı reysində həyəcanlı anlar — Sərnişin təyyarəni partlatmaqla hədələdi
















Rusiyanın Novosibirsk şəhərindən Bakıya uçan təyyarədə insident baş verib.
24 sentyabr tarixində, günorta saatlarında sərxoş sərnişin təyyarəni partlatmaqla hədələyib. Məlum olub ki, 51 yaşlı Krasnoyarsk sakini sərxoşdur.

Sərxoş sərnişin stüardessadan onu biznes sinfi olan hisssəyə keçirməyi tələb edib. Rədd cavabı alan 51 yaşlı Krasnoyarsk sakini rədd cavabı aldıqdan sonra təyyarəni partlatmaqla hədələyib:
“Məndə bomba var! Sizin hamınızı partladacam”.

Bu hədədən sonra uçuş heyəti polis çağırıb və reysi təxirə salınıb. Salonda olan sərnişinlər təxliyə edilib. Əraziyə cəlb edilən kinoloqlar xüsusi təlim keçmiş it vasitəsilə axtarış aparıblar. Amma təyyarədə heç bir partlayıcı maddə tapılmayıb. Novosibirsk-Bakı reysi iki saatdan sonra havaya qalxıb. Xuliqanlıq edən sərxoşa qarşı cinayət işi qaldırılıb. Onu 5 ilədək həbs gözləyir.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 358}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22