fim.az

DİN Rza Rzayevin məktəb direktorunu döyməsi ilə bağlı məlumat yaydı

22-11-2018, 11:42

DİN Rza Rzayevin məktəb direktorunu döyməsi ilə bağlı məlumat yaydı
















Daxili İşlər Nazirliyi (DİN) Bakıda aktyor Rza Rzayevlə məktəb direktoru arasında baş verən insidentə münasibət bildirib.

Nazirliyin Mətbuat xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə “Report”un sorğusuna cavab olaraq qeyd edib ki, faktla bağlı Nizami rayon Polis İdarəsinin 25-ci polis şöbəsində təhqiqat araşdırması aparılıb, hər iki şəxsin ərizələri və izahatları alınıb: “Həmçinin onların tibbi ekspertizadan keçirilmələri təmin olunub. Təhqiqat zamanı faktla əlaqədar toplanmış materiallar sonrakı araşdırmaların aparılması və hadisəyə hüquqi qiymət verilməsi üçün istintaq orqanına göndərilib”.

Qeyd edək ki, sosial şəbəkələrdə aktyor R.Rzayevin 175 saylı orta məktəbin direktoru Tural Mirzəliyevi döyməsinə dair məlumatlar və görüntülər yayılıb. Hadisə ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi də məlumat yayıb. Məlumatda direktor Tural Mirzəliyevə qarşı baş vermiş fiziki zorakılıq halı pislənilir: “Məsələni Təhsil Nazirliyinin rəhbərliyi bilavasitə diqqət mərkəzində saxlayır”.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 444}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22