fim.az

Azərbaycanda keçmiş polis müstəntiqi qətlə yetirildi

26-11-2018, 11:09

Azərbaycanda keçmiş polis müstəntiqi qətlə yetirildi
















Neftçala rayonunda qətl hadisəsi baş verib.

Virtualaz.org-un Şirvan bürosunun məlumatına görə, Neftçala şəhər sakini , 1956-cı ildə anadan olmuş Vaqif Kəlbiyev bıçaqlanaraq qətlə yetirilib. Vaqif Kəlbiyev sovetlər dönəmində Rusiyanın DİN orqanlarında xidmət edib, SSRİ dağıldıqdan sonra isə doğulduğu Neftçala rayonuna dəyişilərək uzun illər Neftçala Rayon Polis Şöbəsində müstəntiq işləyib. O, 2011-ci ildə yaş həddinin tamam olması ilə əlaqədar pensiyaya çıxıb.

Qətlin namus üstündə, mərhumun həyətindəki hüquq yardımı ofisində bacanağı İbrahim İbrahimov tərəfindən törədildiyi deyilir.

Qətli törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 357}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22