» » Bakıda bacısının başını kəsməkdə təqsirli bilinən biznesmen qızı azadlıqda

Bakıda bacısının başını kəsməkdə təqsirli bilinən biznesmen qızı azadlıqda

Bakıda bacısının başını kəsməkdə təqsirli bilinən biznesmen qızı azadlıqda
















Bakıda bacısını balta ilə qətlə yetirməkdə təqsirləndirilən 1995-ci il təvəllüdlü Pərvanə Nuriyevanın barəsində məhkəmə qərarından prokurorun apelyasiya protesti üzrə yenidən məhkəmə prosesi başa çatıb.

Bakı Apelyasiya Məhkəməsində hakim Elşad Şamayevin sədrliyi ilə baş tutan prosesdə prokurorun apelyasiya protesti ilə bağlı qərar elan edilib.

Qərara görə, protest təmin olunmayıb.

Qeyd edək ki, Pərvanə Nuriyevanın yaxınları Sabunçu rayon Məhkəməsinə müraciət edərək, Səhiyyə Nazirliyi 1 saylı Respublika Psixatriya Xəstəxanasında müalicəsinin dəyişdirilib, məcburi ambulatoriya müşahidəsi və psixatr müalicəsinə keçirilməsini istəyiblər.

Məhkəmə həmin təqdimatı təmin edib və Pərvanə Nuriyeva azadlığa çıxıb.

Bu qərardan narazı qalan prokuror apelyasiya protesti verib. Prokuror protestində Sabunçu rayon Məhkəməsinin qərarının ləğv edilməsini, Pərvanə Nuriyevanın barəsində ümumi tipli psixiatriya stasionarında məcburi müalicəsinin bərpa edilməsini istəyib.

İttihama görə, 2014-cü ilin oktyabrında 1993-cü il təvəllüdlü Günel Nuriyeva yaşadığı Xudu Məmmədov küçəsi-18 ünvanında özündən iki yaş kiçik olan bacısı Pərvanə Nuriyeva tərəfindən qətlə yetirilib. Pərvanə Nuriyeva mübahisə zəminində bacısı Günel Nuriyevaya 22 bıçaq zərbəsi vurub və daha sonra balta ilə başını kəsib.

Pərvanə Nuriyeva Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə ittiham olunub.

2015-ci il noyabrın 12-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə Pərvanə Nuriyevaya hökm oxunub.

Məhkəmə Pərvanə Nuriyeva barəsində məcburi xarakterli tibbi tədbirlərin tətbiq edilməsi ilə bağlı qərar çıxarıb. O, müalicə edilməsi üçün Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixiatriya Xəstəxanasına göndərilib.

Qeyd edək ki, bundan əvvəl də Pərvanə Nuriyevanın yaxınları Sabunçu rayon Məhkəməsinə müraciət edib. Onlar həmin dövrdə də Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixiatriya Xəstəxanasının ümumi tipli psixiatriya stasionarında məcburi müalicəsinin ləğv edilərək, məcburi ambulatoriya müşahidəsi və psixiatr müalicəsinə keçirilməsini istəyiblər.

Məhkəmə həmin təqdimatı təmin edib.

Bu qərardan narazı qalan prokuror apelyasiya protesti verib. Prokuror Sabunçu rayon Məhkəməsinin qərarının ləğv edilməsini, Pərvanə Nuriyevanın barəsində ümumi tipli psixiatriya stasionarında məcburi müalicəsinin bərpa edilməsini istəyib.

Bakı Apelyasiya Məhkəməsinin hakimi Əmir Bauramovun sədrlik etdiyi kollegiya prokurorun protestini təmin edib.

Həmin kollegiyanın qərarına əsasən, Pərvanə Nuriyevanın 1 saylı Respublika Psixiatriya Xəstəxanasının ümumi tipli psixiatriya stasionarında məcburi müalicəsinə saxlanılması qərara alınıb.

Qeyd edək ki, Nuriyeva bacılarının atası Etibar Nuriyev məşhur biznesmendir. Onun Şəki şəhərində xeyli obyektlərinin olduğu deyilir./Publika.az
Oxşar xəbərlər
«    Dekabr 2018    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Mədəniyyət