» » Bakıda avtomobil süpürgəçi qadını vurdu

Bakıda avtomobil süpürgəçi qadını vurdu

Bakıda avtomobil süpürgəçi qadını vurdu















Bakıda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.
Trend xəbər verir ki, hadisə səhər saat 07 radələrində paytaxtın Nərimanov rayonu, Heydər Əliyev prospektində "Bağırov" körpüsünün yaxınlığında baş verib.

Ərazidə təmizlik işləri aparan süpürgəçi qadın, 1965-ci il təvəllüdlü Muradova Almaxanım Pirağa qızı naməlum avtomobil tərəfindən vurulub.

Hadisə nəticəsində ağır xəsarət alan A.Muradova 3 saylı şəhər kliniki xəstəxanasına yerləşdirilib.
Xəstəxanadan Trend-ə verilən məlumata görə, xəstənin vəziyyəti ağırdır və reanimasiyaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
«    Dekabr 2018    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Mədəniyyət