fim.az

Metroda problem yarandı — Sərnişinlər qatardan boşaldıldı

27-12-2018, 10:40

Metroda problem yarandı — Sərnişinlər qatardan boşaldıldı
















Bu gün səhər saatlarında "Bakı Metropoliteni"nin "Memar Əcəmi" stansiyasında Dərnəgül-Həzi Aslanov istiqamətində gedən qatarda problem yaranıb.
Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədovun Trend-ə verdiyi məlumata görə, hadisə saat 08:05-də baş verib:
"Dərnəgül-Həzi Aslanov istiqamətində hərəkət edən qatarın vaqonlarının birinin qapısında nasazlıq yaranıb. Bu səbəbdən maşinist təlimata uyğun olaraq sərnişinlərdən qatardan boşaldılmasını xahiş edib və qatar depoya göndərilib. Həmin qatarın əvəzinə xəttə əlavə qatar buraxılıb. İntervalda gecikmə yaranmayıb".


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 378}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22