fim.az

Bir qardaş öldü, digəri yaralandı – Balakəndə qəza

9-02-2019, 13:15

Bir qardaş öldü, digəri yaralandı – Balakəndə qəza















Balakən rayonunda yol qəzasına düşən iki qardaşdan biri ölüb, digəri xəstəxanaya yerləşdirilib.

“Report”un Şəki-Zaqatala bürosunun məlumatına görə, hadisə fevralın 8-dən 9-a keçən gecə şəhərin Tülü dairəsi adlanan ərazisində baş verib.

Qəza nəticəsində 1994-cü il təvəllüdlü Elton Azad oğlu Hacıyev aldığı müxtəlif dərəcəli ağır bədən xəsarətlərindən hadisə yerində ölüb. Eltonun kiçik qardaşı, 1997-ci il təvəllüdlü Məftun Hacıyev isə aldığı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Balakən Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 386}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22