fim.az

Hitleri canlandıran məşhur aktyor vəfat etdi

18-02-2019, 11:16

Hitleri canlandıran məşhur aktyor vəfat etdi
















2004-cü ildə çəkilən “Downfall” filmində nasist lider Adolf Hitleri canlandıran isveçrəli aktyor Bruno Qanz vəfat edib.
İsveçrənin Sürix şəhərində gözlərini əbədi olaraq yuman aktyorun 77 yaşı var idi.

Daha çox almanca çəkilən fimlərlə tanınan Qanz “The Reader” və “The Manchurian Candidate” kimi ingilis filimlərində də rol alıb. Ona dünya şöhrətini “Downfall” filmində canlandırdığı Adolf Hitler obrazı gətirib.
Hitlerin Berlindəki bir bunkerdəki son günlərindən bəhs edən bu film dünya prokatında 92 milyon dollar gəlir əldə etmişdi. Qanz isə “The Guardian” qəzetinə verdiyi müsahibədə film üçün 4 ay hazırlaşdığını bildirib. Aktyor Hitlerə aid bütün tarixi qeydləri incələmişdi.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 396}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22