fim.az

Yüzlərlə qadını fahişəyə çevirən erməni – Milyonların sahibi, polisə bina verən “Mama” (FOTOLAR)

22-03-2019, 13:47

Yüzlərlə qadını fahişəyə çevirən erməni – Milyonların sahibi, polisə bina verən “Mama” (FOTOLAR)














“Mən namusumla qadın satıram”

Cinsi münasibətə qarşılıq pul qazanmaq dünyanın ən qədim peşələrindən biridir.

Əsirlər boyu bu peşə qanuni və ya qanunsuz olaraq davam etmiş və hazırda da öz mövcudiyyətini saxlamaqdadır. Hesablamalara görə dünyada bu gün 42 milyondan çox qadın cinsi münasibət qarşılığı pul qazanır. Qardaş ölkə Türkiyədə bu peşə yüz illərdir münaqişələrə səbəb olur.

Minval.İnfo bu məqalədə Türkiyə tarixində iz qoymuş, qalmaqallara səbəb olmuş milyarder erməni “Mama” ləqəbli Matild Manukyandan bəhs edəcək.

Matild Manukyan erməni ailənin övladı olaraq dünyaya gözlərini İstanbulda açıb. Manukyanın uşaqlıq illəri tragediyalarla dolu olub. Onun qardaşı xəstəlikdən, bacısı isə pəncərədən yıxılaraq ölüb.

Yüzlərlə qadını fahişəyə çevirən erməni – Milyonların sahibi, polisə bina verən “Mama” (FOTOLAR)








Tikiş işini yaxşı bacaran Manukyan məktəb illərində öz işini qurur. Burada öz gələcək əri, Aram Çilingir ilə tanış olur. Ancaq onların evliliyi qısa çəkir. İkinci dünya müharibəsinə yollanan Aram ölür və ailənin bütün yükü Manukyanın çiyinləri üzərinə düşür.

Tikiş tikməklə pul qazanan Matildə borcu olan bir qadın borcunu ödəyə bilmədiyinə görə işlətdiyi fahişəxanaya ortaq olmasını təklif edir və Manukyan bunu qəbul edir. Bir müddət sonra isə Matild həmin fahişəxananın tək sahibi kimi “Mama” ləqəbini qazanır.

Yüzlərlə qadını fahişəyə çevirən erməni – Milyonların sahibi, polisə bina verən “Mama” (FOTOLAR)









1946-cı ildən Manukyan İstanbulda yeni fahişəxanalar açaraq öz işini böyüdür. Təkcə Karaköydə qısa zamanda 25 fahişəxana açdırır. 1980-ci illərin əvvəllərində qəzetlərdə Manukyanun milyonları haqda yazılar yazılır, onu ən çox vergi ödəyən insan kimi qələmə alırdılar.

1992-ci ildə isə azyaşlıları işlətməklə günahlandırılır, həbs edilir və 19 fahişəxanası bağladılır. Lakin qısa müddət ərzində Manukyan azadlığa buraxılır. Onun adının və soyadının baş hərflərindən düzəldilmiş m&m loqosu İstanbulun bir çox binalarında görülür.

Hətta Beyoğlu polis idarəsinin binası da onun olub və polislərə icarəyə verib. Bundan əlavə, Şişli bələdiyyəsinə və Şişli məhkəməsinə binalarını icarəyə verib. Onun fahişəxanalarının birində çəlikdən kassası var idi ki, ölçüsü bir metrdən böyük idi. Hətta bu kassaya pullar sığışmırdı, ona görə yeni kassalar almalı olub.

Manukyan dəfələrlə sui-qəsdlərə məruz qalır. 1995-ci ildə hücuma məruz qalan Manukyan qorumasının sayəsində sağ qalır. 2001-ci ildə 87 yaşında vəfat edən Manukyanın geridə buraxdığı sərvət isə aşağıdakı kimi idi.

Yalovada 200 ev, İstanbulda 500 mənzil, 70-dən çox iş binası, 1000 hektara yaxın ərazi, 3 ədəd fabrik, 10-dan çox lüks maşın, 1 lüks yaxta, 10 villa, Antalyada 3 ədəd 5 ulduzlu otel, çox saylı bahalı zinət əşyası.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 252}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22